“BakuBus” MMC-nin tələbdən artıq avtobus aldığı məlum olub. Bu haqda bu gün, 21 aprel tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Hesablama Palatasının verdiyi məlumata əsasən qurumun parkında olan avtobusların 25,4 faizi istifadə olunmur. Bundan əlavə, daha 320 ədəd yeni sərnişin avobusu sifariş olunub.
Həmçinin “BakuBus” MMC-nin nasazlığı yaranan avtobusları vaxtında təmir etməməsi, ehtiyat hissələrinin istismara yararsız avtobuslardan sökülərək işlək olanlara quraşdırılması halları aşkarlanıb.