Paytaxtın Sabunçu rayonunda yerləşən Balaxanı poliqonunun istifadə müddəti 20 il artıb. Bu haqda bu gün, 13 yanvar tarixində Trend məlumat yayıb.
Tullantılar yandırılaraq enerji istehsalında istifadə olunur. Qalan kül isə yol tikintisi üçün göndərilir. Müəssisənin fəaliyyəti boyunca ümumilikdə 4 milyon tondan çox tullantı zərərsizləşdirilib. Bununla da poliqonun ömrü daha 20 il uzanıb.
Bundan əvvəl tullantıların zərərsizləşdirilməsi basdırılma üsulu ilə aparılırdı. Balaxanı poliqonunun sahəsi 120 hektar təşkil edir.
2009-cu ildə “Təmiz Şəhər” ASC-nin balansına verildikdən sonra burada sanitar poliqonun tikintisi həyata keçirilib. Ötən müddət ərzində poliqon ətrafında 14 mindən çox müxtəlif növ ağac əkilib.