top
Bankın sahibləri dəyişdi, işçinin müqaviləsi ləğv edildi – ALİ MƏHKƏMƏ
06 may 2026, 13:30
- ↺ +

Bankın sahibləri dəyişdi, işçinin müqaviləsi ləğv edildi – ALİ MƏHKƏMƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Ali Məhkəmədən Bakuplus.az-a bildirilib ki, işin hallarına görə, iddiaçı uzun illər cavabdeh bankda çalışıb, sonuncu dəfə filial müdiri vəzifəsində işləyib. 2020-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. İddiaçının məhkəməyə müraciətindən sonra aşağı instansiya məhkəmələri əmək müqaviləsinə xitam verilməsi barədə əmri etibarsız sayıb, onun əvvəlki vəzifəsinə bərpası, məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab olunması barədə qərar qəbul ediblər.

Sonradan bankın səhmdar strukturunda dəyişiklik baş verib. Bundan sonra işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müəssisənin mülkiyyətçisinin dəyişməsi əsası ilə yenidən xitam verib. İddiaçı həmin əmrin qanunsuz olduğunu bildirərək yenidən məhkəməyə müraciət edib və aşağı instansiya məhkəmələri iddianı təmin ediblər.

Lakin Ali Məhkəmə apellyasiya instansiyasının nəticəsi ilə razılaşmayıb.

Məhkəmə kollegiyası qeyd edib ki, Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulan müəssisənin mülkiyyətçisinin dəyişməsi əsası yeni mülkiyyətçiyə müəssisənin idarə olunması və maliyyə resurslarının idarə edilməsi ilə bağlı vəzifələrdə çalışan şəxslərlə əmək münasibətlərinə xitam vermək hüququ verir.

Ali Məhkəmə vurğulayıb ki, müəssisənin mülkiyyətçisinin dəyişməsi yalnız mülkiyyət formasının dəyişməsi ilə məhdudlaşmır. Səhmdar və ya təsisçi tərkibində elə dəyişiklik baş verə bilər ki, bu, faktiki olaraq yeni mülkiyyətçi iradəsinin formalaşmasına səbəb olsun.

Müəssisənin bir neçə mülkiyyətçisi olduqda onun əmlakı üzərində 51 faiz paya malik olan mülkiyyətçi dəyişdikdə, bu əsasla əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Hər hansı müəssisədə mülkiyyət paylarının bölgüsündə 51 faizə sahib mülkiyyətçi olmadıqda isə (məsələn: paylar 20, 30, 40 faiz şəklində bölünübsə), mülkiyyətçilərdən birinin dəyişməsi halında bu hüquq yaranmır.

İş üzrə müəyyən edilib ki, bankın əsas səhmdarının payı 51 faizdən artıq həcmdə dəyişib, həmçinin yeni səhmdar təsisçilər sırasına daxil olub. Kollegiyanın qənaətinə görə, bu hal bankın mülkiyyətçilərinin dəyişməsi kimi qiymətləndirilməlidir.

Bu əsaslarla Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və iddianın rədd olunması barədə yeni qərar qəbul edib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:55

Yemək bişirmədiyi üçün təzə evləndiyi arvadını döydü

Xəbər
Bu gün, 16:45

Bakıda həyat yoldaşını döyən kişi 1200 manat cərimələndi

Xəbər
Bu gün, 16:17

Bakıda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirilib

Siyasət
Bu gün, 14:35

İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib

Siyasət
Bu gün, 13:19

Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir

Siyasət
Bu gün, 12:59

Niderland vətəndaşlarının İrandan təxliyəsinə görə Prezidentə təşəkkür etdi

Xəbər
Bu gün, 11:45

Subaylar üçün xüsusi alış-veriş səbətləri: Bakıda da belə bir yenilik olsun?

Xəbər
Bu gün, 11:00

Lev Tolstoyla görüşən maştağalı - Azərbaycanın ilk Xalq artisti

Siyasət
Bu gün, 10:51

Rövşən Nəcəf Everestə qalxıb

Xəbər
Bu gün, 09:45

Yeni Ramana küçəsi BAĞLANIR

Xəbər
Bu gün, 09:36

DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib

Xəbər
Bu gün, 09:10

Paytaxtın bir hissəsində qaz olmayacaq

Xəbər
Bu gün, 09:05

Bakının bəzi küçələrində işıq kəsiləcək

Xəbər
Bu gün, 08:56

Bakıda 14 yolda tıxac var

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Oxşar xəbərlər