Azərbaycanın bayrağı Zəfər Günündə Dövlət Bayrağı Meydanında yenidən ucaldılıb.
APA xəbər verir ki, Dövlət Bayrağı Meydanı təmir olunub, bayraq dirəyi yenilənib.
Dövlət Bayrağı Meydanı bir müddət əvvəl təmirə bağlanmışdı.
Avqustun 2-də test məqsədilə qaldırılan bayraq bu gündən etibarən daimi olaraq dalğalandırılacaq.
Dövlət Bayrağı Meydanının mətbuat katibi Əfsanə Mehdiyeva jurnalistlərə açıqlamasında deyib ki, bu bayrağın çəkisi 500 kiloqramdan artıqdır: "Bu gün Dövlət Bayrağı Muzeyi və Dövlət Bayrağı Meydanının açılışı oldu. Azərbaycanın buradakı üçrəngli bayrağının eni 36, uzunluğu 72 metrdir. Çəkisi isə 500 kiloqramdan artıqdır. Buradakı muzey 6 salondan ibarətdir. Muzeydə dövlətçilik tarixinə aid maraqlı eksponatlar var".
O xatırladıb ki, Meydan bayraq dirəyinin hündürlüyü parametrlərinə görə "Ginnesin Rekordlar Kitabı"na düşüb.