Bakı-Minsk-Bakı aviareysi bərpa edilib. Bu haqda 19 aprel tarixində APA məlumat verib.
19 aprel tarixindən Belarusun “Belavia” aviaşirkəti hər gün Bakı-Minsk-Bakı reysi ilə uçuşları yerinə yetirəcək. Təyyarə Minskdən saat 23:00-da yola düşəcək, Bakıya isə saat 03:55-də enəcək.
Bakıdan Minskə uçuş yerli vaxtla saat 04:55-də olacaq. Təyyarə saat 08:05-də Minsk Milli Hava Limanına enəcək. Uçuş 4 saat 10 dəqiqə çəkəcək.