top
Bir işarə elə, dərdini bilim - Jestika mütəxəssisi ilə ÖZƏL MÜSAHİBƏ
10 aprel 2025, 07:00
- +

Bir işarə elə, dərdini bilim - Jestika mütəxəssisi ilə ÖZƏL MÜSAHİBƏ

İşarət dili eşitmə və danışma əngəlli insanların ünsiyyət qurduğu dildir. Bu dil vasitəsi ilə əngəlli insanlar həm öz aralarında, həm də bu dili bilən digər insanlarla rahatlıqla ünsiyyət qura bilir.

Lakin eşitmə və danışma əngəli olmayan insanlar da var ki, işarət dilini öyrənməyə can atır, maraqlanır və təlimlər keçir.

Belə insanlardan biri də 10 il əvvəl işarət dilini öyrənməyə başlayan Nuranə Abıyevadır.

Onun Bakuplus.az-a müsahibəsini təqdim edirik:

- Nuranə xanım, öncə özünüz haqqında qısaca məlumat verərdiniz.

- 1994-cü il 26 iyul tarixində Bakı şəhərində anadan olmuşam. Həm orta, həm də ali təhsilimi Bakı şəhərində almışam. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsini bitirmişəm.

- Bəs işarət dili ilə tanışlığınız nə zaman və necə başladı?

- 2015-ci ildə, 3-cü kursda oxuyandan marağım yaranmağa başladı. Onsuz da uşaqlıqdan səhnədə olmaq, çıxış etmək, tədbirlərə qatılmaq kimi fəaliyyətlərlə məşğul olurdum.

Hələ də yadımdadır, martda bu dili öyrənməyə başladım. Təsadüfi gördüyüm bir video mənə çox maraqlı gəldi. Başladım onu təkrarlamağa.

Həmin videoda türk bir qız meşədə oturub mahnının nəqarətini jestlərlə oxuyurdu. Mən özüm də əl hərəkətləri ilə danışan insanam. Fikrimi mimika və jestlərlə çatdırıram. Elə o mahnı da buna görə cəzb etdi məni. Bir neçə videoya baxandan sonra işarət dili olduğunu bildim. Öncə türk işarət dilini öyrənməyə başladım.

İşarət dili ilə məşğul olan Mesut Yazıcı adlı türk bloqer var. O, təkcə mahnı paylaşmırdı, həm də öyrədirdi. Düşündüm ki, mən də sosial şəbəkələrdə bununla bağlı paylaşımlar edim. İndiyə kimi hələ belə videolar paylaşan azərbaycanlı görməmişdim.

Amma dil fərqindən heç bir xəbərim yox idi. Azərbaycanda təzə çıxan mahnıları işarət dili ilə çəkməyə başladım. Bir gün türkiyəli oğlanla nişanlanan qız mənə dillərin fərqli olması barədə məlumat verdi. O gündən sonra başladım bizim dilimizə məxsus olan işarət dilini öyrənməyə.

- Deməli, 10 ildir ki, özünüz üçün bir dünya qurub, insanlara işıq saçırsınız...

- Aprelin 5-i bu sahədə 10 illiyimi qeyd etdim. Mart ayında maraq göstərməyə başladım və rəfiqəmin ad günündə səhifəmi açdım. Bu gün də öz üzərimdə çalışıram. Əzəldən bu işi bilənlərlə ünsiyyət qurub öyrənməyə davam edirəm.

- Maraqlıdır, azərbaycanlıların istifadə etdiyi işarət dilinin problemləri nələrdir?

- Bizim jestikanın digər ölkələrlə heç bir əlaqəsi yoxdur. Yalnız rus dilinin jestikası ilə bir az oxşarlıq var. Çünki bizim jestikanın kökü SSRİ-dən qalmadır. Məsələn, eşitmə məhdudiyyətli insanlar üçün fəaliyyət göstərən Qara Qarayev adına və digər internat məktəblərdə işləyən müəllimlər də yaşlı nəslin nümayəndələridir. Ruslarda işarət dili bir söz və bir hərəkətdən ibarətdir. Bizdə isə çox söz, ancaq az hərəkət var. Məsələn, bədii dilimizdə istifadə olunan sözləri məhdudiyyətli insana başa salmaq mümkün deyil. Mən “rişxənd”, “istiqlaliyyət” sözünü onlara necə başa salım?

Biz bu sözlərin sinonimlərini tapıb başa salırıq. Elə sözlər var ki, eyni hərəkət müxtəlif sözləri ifadə edir. Tutalım, əllə göstərilən “S” hərəkəti sentyabrı, çərşənbə gününü, “S” hərfini, həm də rənglərdən boz, gümüşü rəngi göstərir. Bunları məhdudiyyətli insanlar hərəkətlə başa düşə bilər.

Məsələn “S” hərfi demək istəyirsənsə, işarə göstərmək kifayətdir, amma çərşənbə gününü əlini hərəkət etdirərək göstərirsən. Bunları bilməyəndə isə işarəni göstərib dodaqla deyə bilərsən. Mən həmişə öyrədəndə deyirəm ki, jestika ancaq əllə deyil. Yəni üz, mimika, dodaq oxumaq və əllər vacibdir.

- İşarət dilini necə öyrənmək olar? Çətindirmi öyrənmək?

- Azərbaycanda işarət dilini izah edən vəsait də yoxdur, videolar da. Bu bir az problem yaradırdı. Hətta olsa belə, vəsaitlərdə də fərqlilik olur. Buna görə öyrənən şəxs təlim aldığı müəllimdən asılıdır. Onun qaydası ilə öyrənməyə çalışır.

Bu tip çətinlikləri var. Amma öyrənəndən sonra insana daha da maraqlı gəlir.

- İşarət dili bilmək sizin həyatınıza və dünyagörüşünüzə necə təsir edib?

- Bu barədə çox danışa bilərəm. Öncə çox adamın öyrənməyə cəhd edə bilmədiyi yeni bir dil öyrənmiş oldum. İşarət dili öyrədən kurs axtarırdım, amma tapmadım. Anladım ki, ölkəmizdə bu sahə üzrə böyük bir boşluq var. Ona görə başladım bununla bağlı videolar, dərslər, mahnılar çəkməyə. Bu dil mənə böyük bir sosial məsuliyyət qazandırdı.

- Bəs bu dili öyrənərkən ətrafınızda sizə qarşı reaksiya necə idi?

- Ən yaxınlarım hər zaman mənə dəstək olurdu. Amma yaşı böyük insanlar şablonlaşmış fikirlər irəli sürürdülər. Deyirdilər ki, get, rus, ingilis dili öyrən. Bir valideyn qayıdıb demişdi ki, işarət dilini neynirsən, lal-kar kişi ilə evlənəcən? Bəzən elə olurdu ki, kursa yazılan şəxslər el qınağına düşməsinlər deyə gizlin gəlirdilər.

Düzü, mən də böyük bir məqsədlə başlamamışdım. Sadə bir maraq idi, öyrənirdim. Bu gün toplasan işarət dilini bilən 10 nəfər belə yoxdur. Düşünürdülər ki, ətrafımda məhdudiyyətli insan olmadığı üçün işarət dilini öyrənib pula çevirmişəm. Anlamırdılar ki, bu bir maraq idi. Öyrəndikdən sonra boşluğu görüb təlimlər keçməyə başladım. Bu sahədə ilk qazancım 20 manat idi.

- Bəs bu dili təlim etmək fikri necə yarandı sizdə?

- Əslində bu işə başlayanda belə bir hədəfim yox idi. Boşluğu gördükdən sonra bu məsuliyyət məndə yarandı. Təlimlə bağlı təklif gələndə özüm də qorxurdum, çəkinirdim. Çünki bizim dildə olan işarətlə bağlı məlumatlar çox azdı. İlk təlimə Asan Xidmətdə başlamışam. Onlara bu dillə bağlı bildiyim hər şeyi öyrədirdim.

- Təlimləriniz müddətində heç zaman unuda bilmədiyiniz maraqlı hadisələr və ya problemlər olubmu?

- Maraqlı hadisələr çoxdur. Ən çox qarşılaşdığım hadisə işarət dilini öyrənmək üçün gələn şəxslərin əksəriyyətinin yaxınlarından gizlətməsidir. Valideyndən qorxub gizli-gizli gəlirdilər.

Amma elə bir hadisə olub ki, unutmuram. Bir oğlan sevdiyi qızın marağına görə bu dili öyrənirdi. Halbuki heç biri məhdudiyyətli deyildi. Sadəcə qızın marağı var idi deyə, oğlan da öyrənirdi.

- Sizcə, işarət dilini məktəblərdə və ya universitetlərdə tədris etmək necə bir təsir yaradar?

- 1-2 ay bundan öncə xəbər çıxdı ki, bütün televiziyalarda işarət dilində tərcümə olacaq. Hətta bununla bağlı mənə müraciət edənlər də olmuşdu. Bu, absurd bir yanaşmadır. Çünki bu dəqiqə işarət dilini bütün kanallarda tərcümə edəcək kadr yoxdur.

Mən tərcüməçi deyiləm, mən işarət dilinin görünən siması, yayılması, aktuallaşmasında köməklik göstərən şəxsəm. Tərcüməçi isə tamam başqa adamdır. Bizim ölkədə bu dillə bağlı heç bir vəsait yoxdur. Dövlət səviyyəsində bununla bağlı təlim keçirilməlidir.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Dünən, 17:45

Azərbaycanlı qadın alpinist Türkiyə və Gürcüstandan film təklifləri alıb

Xəbər
Dünən, 14:41

Paytaxtda gizli təhlükə: Lift problemləri və cavabsız qalan suallar

Xəbər
Dünən, 11:17

Qadın gecəyarı bir hoteldən qaçıb digərinə sığındı - Əri döyürmüş

Xəbər
Dünən, 10:27

Ölməz komandir, Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Xəbər
Dünən, 09:33

Keçmiş ərinə "niyə evə gec gəlmisən" dedi, döyüldü - Xırdalanda

Xəbər
21 aprel 2026, 14:39

"Neftçi" hakim səhvinə görə 26 200 manat cərimələnib

Xəbər
21 aprel 2026, 13:15

Əlavə ödəniş tələb edən "Bolt"un sürücüsü döyüldü

Xəbər
21 aprel 2026, 12:07

17 gün əvvəl müşavir təyin olunmuşdu, bu gün işdən çıxarıldı

Xəbər
21 aprel 2026, 10:09

Röya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır

Xəbər
20 aprel 2026, 17:52

Stadionda yeni qaydalar: "Neftçi" - "Qarabağ" oyunu ilə bağlı azarkeşlərə XƏBƏRDARLIQ

Xəbər
20 aprel 2026, 14:49

Bakıdakı "German Hospital" BAĞLANIR?

Xəbər
20 aprel 2026, 13:28

Bakıda şagird sinif yoldaşını yandırdı

Xəbər
20 aprel 2026, 11:54

Məktəb bufetlərində uşaqlar nə yeyir? - Şok faktlar

Xəbər
20 aprel 2026, 10:41

Bu gün milyonların sevimlisi Nəsibə Zeynalovanın doğum günüdür

Xəbər
20 aprel 2026, 09:36

Prezident İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

Xəbər
19 aprel 2026, 21:00

20 - 26 aprel tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
18 aprel 2026, 14:59

Bank borcunu ödəməyənlərlə bağlı YENİ QAYDA

Xəbər
18 aprel 2026, 13:14

"Valideynlər övladlarını ərköyün böyüdür, müəllimin tərbiyəsinə də mane olurlar" - Deputat

Xəbər
18 aprel 2026, 12:44

"Ege Hospital"da yeni doğulan körpə ölüb

Xəbər
18 aprel 2026, 11:25

Qadın ondan borcunu tələb edən qonşusunun burnunu sındırdı

Xəbər
18 aprel 2026, 09:23

Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Xəbər
17 aprel 2026, 18:04

Buraxılış imtahanının nəticələri elan olunub

Binəqədi
17 aprel 2026, 17:05

Keçmiş arvadını qətlə yetirib evi partlatdı - Özü də öldü

Xəbər
17 aprel 2026, 16:06

Bakıdan Qusara gedib iftar verdi, məscidin qarşısında keçmiş QAYINATASINI BIÇAQLADI

Oxşar xəbərlər