BNA “Google Maps"-in nəqliyyat komandası ilə danışıqlar aparır. Bu haqda 8 aprel tarixində Report məlumat verib.
Bakı Nəqliyyat Agentliyi sərnişinlərin məlumatlandırma imkanlarının daha da yaxşılaşdırılması məqsədilə “Google Maps"-in nəqliyyat komandası ilə də danışıqlar aparır.
Sərnişinlər marşrut xətləri ilə bağlı məlumatları 2017-ci ildə yaradılmış alo141.az saytından öyrənə bilərlər. Multifunksional portala daxil olan istifadəçilərin paytaxtın nəqliyyat sistemi, həmçinin müntəzəm marşrut xətləri ilə bağlı məlumatları əldə etmək imkanı var.