“Salam, Bakı!” - Britaniyanın ölkəmizdəki yeni səfirinin ilk sözləri belə olub. Bu haqda BakuPlus.az bu gün, 31 avqust tarixində xəbər verir.
Böyük Britaniyanın Azərbaycana yeni təyin olunan səfiri Ferqus Ould Bakıya gəlib.
“Salam, Bakı! Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq yeni vəzifəmin icrasına başlamağı səbirsizliklə gözləyirəm”, - deyə səfir qeyd edib.