top
Bu il işləyənlərin pensiyaları nə qədər artırılacaq?
04 may 2026, 11:52
- ↺ +

Bu il işləyənlərin pensiyaları nə qədər artırılacaq?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamla bu ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı. 1 milyon 100 min vətəndaşımızı əhatə edən artımlar əvvəlki ildəki orta aylıq əməkhaqlarındakı artım faizinə uyğunlaşdırıldı.

Bakuplus.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur: "6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır.

Bununla yanaşı, işləyən vətəndaşlarımızın pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydlara əsasən 9.3 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa, bu, pensiyasına əlavə olunur.

Məsələn, vətəndaşa 1 may 2020-ci ildə yaşa görə ümumi əsaslarla əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. 2025-ci ilin sonunda həmin vətəndaşımızın pensiya məbləği 800 manat olub. Onun pensiya məbləği 1 may 2026-cı ildə pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır".

"Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25200 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (25200 manat) 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bu o deməkdir ki, həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaş əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilib. Bu ilin may ayında həmin şəxsin yeni pensiya məbləği belə olur: 800 manat + 74.4 manat (800 manat X 9.3 %) + 350 manat = 1224.4 manat.

Göründüyü kimi, əmək fəaliyyəti davam edən pensiyaçılarımız işləməkdə davam edərlərsə və 6 il iş müddəti bu il tamam olarsa, o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilər", - deputat qeyd edib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:55

Yemək bişirmədiyi üçün təzə evləndiyi arvadını döydü

Xəbər
Bu gün, 16:45

Bakıda həyat yoldaşını döyən kişi 1200 manat cərimələndi

Xəbər
Bu gün, 16:17

Bakıda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirilib

Siyasət
Bu gün, 14:35

İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib

Siyasət
Bu gün, 13:19

Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir

Siyasət
Bu gün, 12:59

Niderland vətəndaşlarının İrandan təxliyəsinə görə Prezidentə təşəkkür etdi

Xəbər
Bu gün, 11:45

Subaylar üçün xüsusi alış-veriş səbətləri: Bakıda da belə bir yenilik olsun?

Xəbər
Bu gün, 11:00

Lev Tolstoyla görüşən maştağalı - Azərbaycanın ilk Xalq artisti

Siyasət
Bu gün, 10:51

Rövşən Nəcəf Everestə qalxıb

Xəbər
Bu gün, 09:45

Yeni Ramana küçəsi BAĞLANIR

Xəbər
Bu gün, 09:36

DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib

Xəbər
Bu gün, 09:10

Paytaxtın bir hissəsində qaz olmayacaq

Xəbər
Bu gün, 09:05

Bakının bəzi küçələrində işıq kəsiləcək

Xəbər
Bu gün, 08:56

Bakıda 14 yolda tıxac var

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Oxşar xəbərlər