top
Builki buraxılış imtahanlarının nəticələri əvvəlkilərlə müqayisədə necədir? – Ekspertdən ÖZƏL AÇIQLAMA
11 aprel 2025, 07:30
- ↺ +

Builki buraxılış imtahanlarının nəticələri əvvəlkilərlə müqayisədə necədir? – Ekspertdən ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticə göstərib.

Bu imtahanda iştirakı nəzərdə tutulan 57 439 nəfərdən 468 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 10 nəfərin nəticəsi ləğv olunub.

Bəs, görəsən, builki göstəricilər əvvəlki illərlə müqayisədə necədir? Gözləntilər nələrdir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu il maksimal nəticə göstərən şagirdlərin sayında əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunub:

“2025-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş 11-ci sinif buraxılış imtahanında maksimal – 300 bal toplayan abituriyentlərin sayı cəmi 23 nəfər olub. Bu, əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalmadır.

2024-cü ildə bu göstərici 2-ci zonada 39 nəfər, 1-ci zonada isə 14 nəfər idi. Əgər bu rəqəmlərə yüz minlərlə abituriyentin iştirak etdiyi buraxılış imtahanlarının kontekstində baxsaq, bu qədər az sayda yüksək nəticə göstərənlərin olması ölkənin ümumi təhsil keyfiyyətinə dair narahatedici siqnaldır. Çünki 300 bal yalnız buraxılış imtahanının nəticəsidir və burada yalnız riyaziyyat, Azərbaycan dili və xarici dil üzrə biliklər yoxlanılır. Bu üç əsas fənn üzrə yüksək nəticə əldə edənlərin sayının bu qədər az olması biliklərin səviyyəsində ciddi çatışmazlıqların olduğunu göstərir.

Azərbaycan Respublikası “Təhsil haqqında” Qanunun 14-cü maddəsinə əsasən, ümumi təhsil pilləsinin məqsədi şəxsiyyətin formalaşması, məntiqi təfəkkürünün inkişafı və onu həyatın müxtəlif sahələrinə hazırlamaqdır. Lakin yüksək nəticə göstərənlərin sayı bu məqsədə tam çatılmadığını göstərir. Qanunda qeyd olunan “təhsil alanların biliyinin qiymətləndirilməsi müasir tələblərə cavab verməlidir” bəndinə əsasən, qiymətləndirmə obyektiv və şaxəli olmalıdır. Amma nəticələr göstərir ki, ya qiymətləndirmə mexanizmi real bilikləri üzə çıxarmır, ya da tədris sistemi şagirdləri bu tələblərə hazırlaya bilmir”.

K.Əsədov qeyd edib ki, builki göstəricinin müsbət tərəfi ondan ibarətdir ki, 2024-cü illə müqayisədə  1-ci zonada artım var – 14 nəfərdən 23 nəfərə yüksəlib:

“Amma bu, sistem səviyyəsində inkişafdan çox, fərdi uğurların nəticəsi kimi görünür. Bu 23 nəfər əsasən özəl kurslarda hazırlaşan və ya fərdi müəllim dəstəyi alan şəxslər ola bilər. Deməli, bu nəticə dövlət məktəblərində verilən təhsilin keyfiyyətinə dair ümumiləşdirilmiş fikir formalaşdırmaq üçün yetərli baza deyil. Əgər bu rəqəmin arxasında dövlət məktəbləri dayanırsa, o zaman bu, həmin məktəblərin nüfuzunu artırır, amma bu nəticələr əsasən özəl təhsil xidmətlərinin nəticəsidirsə, o zaman bu, dövlət təhsilinin zəifliyinə işarədir.

Dünya təcrübəsinə nəzər salsaq, bir çox inkişaf etmiş ölkələrdə – məsələn, Finlandiyada və Estoniyada – qiymətləndirmə sistemləri standart testləşmədən daha çox tətbiqə yönəlmiş metodlara əsaslanır. Orta təhsil pilləsini başa vuran şagirdlər üçün “maksimal bal” anlayışı deyil, funksional savadlılıq əsas göstəricidir. Burada əsas məqsəd şagirdin real həyatda qarşılaşa biləcəyi problemləri necə həll edə bildiyini ölçməkdir. ABŞ-da da SAT və ACT imtahanları vasitəsilə müəyyənləşdirilən yüksək nəticələr statistik olaraq daha geniş yayılmışdır və bu, təhsil sisteminin rəqabətə açıq və geniş resurslarla təmin olunduğuna dəlalət edir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda isə yüksək nəticə göstərənlərin sayının az olması bir neçə əsas problemi ön plana çıxarır - tədris proqramlarının hələ də reproduktiv təfəkkürə əsaslanması, müəllim hazırlığında davamlı problemlər, dərsliyin keyfiyyəti və məktəbdaxili qiymətləndirmənin real göstəricilərlə üst-üstə düşməməsi: “Belə nəticələr, həmçinin regionlar üzrə təhsil imkanları arasında ciddi fərqlərin olduğunu göstərir. Bölgələrdə fəaliyyət göstərən məktəblərdə yüksək bal toplayanların olmaması bərabərsizlik problemini dərinləşdirir”.

“Bu cür nəticələr təhsil siyasətində dəyişiklikləri qaçılmaz edir. Birincisi, buraxılış imtahanlarının strukturuna yenidən baxılmalı, test mərkəzli qiymətləndirmədən funksional savadlılığı ölçən modellərə keçid təmin olunmalıdır. İkincisi, müəllimlərin ixtisasartırma və peşəkar inkişaf proqramları daha çox tətbiqi və şagirdyönlü metodlara fokuslanmalıdır. Üçüncüsü, imtahanın məqsədi və nəticəsi yalnız universitetə qəbul prosesi ilə deyil, həm də ümumi təhsilin nəticələrini ölçən mexanizm kimi qəbul edilməlidir.

Yekun olaraq, 23 nəfərin maksimal bal toplaması həm zəif nəticədir, həm də xəbərdaredici siqnaldır. Bu nəticə göstərir ki, yalnız fərdi səviyyədə deyil, sistemli şəkildə islahatlara ehtiyac var. Əgər təhsil siyasəti bu siqnalları düzgün oxuyarsa, gələcəkdə bu rəqəmlər artacaq, amma yalnız rəqəmlərlə deyil, funksional və real həyatda tətbiq edilə bilən biliklərə əsaslanan təhsil modeli formalaşacaq. Bu zaman imtahanda maksimal bal toplayanların sayı yox, məzunların həyat bacarıqları əsas göstəriciyə çevriləcək”, - deyə K.Əsədov əlavə edib.

Nəzrin Vahid 

Son xəbərlər

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Oxşar xəbərlər