Bakıda son 3 ayda baş vermiş qəzaların sayı açıqlanıb. Bu haqda 16 aprel tarixində APA məlumat verib.
2022-ci ilin yanvar-mart aylarında Bakı şəhərində 125 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 52 nəfər ölüb, 96 nəfər yaralanıb.
Qəzaların siyahısı:
- avtobuslarla 2 yol qəzası baş verib, ölən olmayıb, 2 nəfər xəsarət alıb;
- yük avtomobilləri ilə 5 hadisə olub, 5 nəfər ölüb, 3 nəfər yaralanıb;
- mopedlərlə 5 hadisə olub, 1 nəfər ölüb, 4 nəfər yaralanlıb;
- motosikletlə 1 hadisə olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb;
- velosipedlə 1 hadisə olub, 1 nəfər yaralanıb;
- azyaşlılarla bağlı 6 hadisə olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb;
- 89 piyada vurma hadisəsi baş verib, 38 nəfər ölüb, 59 nəfər yaralanıb.
Yol-nəqliyyat hadisələrinin 25,6 faizi sürət həddini aşma nəticəsində baş verib.