top
Dəm qazının aldığı canlar - Səbəb budurmu?- ÖZƏL AÇIQLAMA
01 noyabr 2024, 04:05
- +

Dəm qazının aldığı canlar - Səbəb budurmu?- ÖZƏL AÇIQLAMA

Köhnə tikili binalarda tüstü bacalarının təmizlənmədiyi iddia olunur.

Bununla bağlı BakuPlus.az-ın redaksiyasına sakinlər tərəfindən şikayət daxil olub.

Bildirilib ki, bu səbəbdən də köhnə binalarda dəm qazından zəhərlənmə halları çoxalıb:

“FHN qaz sobası hamamda olan sakinlərimizi cərimələyərək günahın onlarda olduğunu deyir. Qanunla necə tənzimləndiyini bilmirik. Heç bir qurum problemimizi həll etmir”.

Bəs, görəsən, bu məsələyə hansı qurum cavabdehlik daşıyır? Sakinlər hara müraciət etməlidirlər?

Məsələ ilə bağlı BakuPlus.az-ın əməkdaşı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, bina hansı qurumun balansındadırsa, təhlükəsizlik istismarı həmin qurum tərəfindən həyata keçirilir:

“MTK binanın istismarını həyata keçirirsə, Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti yaradılıbsa, o zaman binanın ümumi xidməti, yəni kommunal təsərrüfatı, liftləri, qarajı, həyətyanı sahəsi, binanın yanğına qarşı su hovuzu, pilləkən qəfəsləri və ehtiyat çıxışları ilə bağlı problemlər binanın  balansında olduğu quruma aiddir.

Sakinlərin fərdi evlərində olan problemə mülkiyyətçilərin özləri cavabdehdir. Görülən işlər qanuna və normativ aktlara uyğun həyata keçirilir”.

E.Nurəliyev qeyd edib ki, köhnə binalarda dəm qazından boğulma hallarının artması hamam otağındakı qaz cihazlarının havalandırmasının olmaması ilə bağlıdır:

“Bəzi qaz cihazları standartlara cavab vermir, nəfəslik yoxdur. Belə olan halda təhlükə olur. Dəm qazı da yanma düzgün olmadıqda yaranır. Hamam otağının tüstü bacası yoxdursa, əlbəttə ki, dəm qazı yaranacaq.

Həyat və sağlamlıq hər şeydən önəmlidir. Qaz sızmasının əleyhinə detektor olmalıdır. Bu, sakinlərin özləri üçün faydalıdır. Hər hansısa bir qaz sızması anında detektor işə düşür. Bədbəxt hadisənin qarşısı alınır.

Ümumiyyətlə bina hansı qurumun balansındadırsa, həmin quruma müraciət edib, irad onlara bildirilməlidir. Tədbir görülməzsə, özləri artıq ixtisaslaşmış müəssisə vasitəsi ilə həyata keçirə bilərlər. Digər həll olunmayan problemlər də varsa, bu, həyat və sağlamlıq üçün təhlükəlidirsə, məhkəmə orqanlarına müraciət etmək olar”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BakuPlus.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinin tələblərinə əsasən, istehlakçıların qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə müayinələrin həyata keçirilməsi qazpaylayıcıya həvalə edilib:

“Mənzillərdə qaz təchizatı ilə bağlı müayinələrin həyata keçirilməsi Nazirlik tərəfindən icra edilmir. Qanun pozuntularına yol verən şəxslərin inzibati məsuliyyətinə gəlincə, bildirmək istərdik ki, İnzibati Xətalar Məcəlləsinin 279-cu madddəsində (Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulması) fiziki şəxslər üçün iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üçün min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üçün iki min beş yüz manatdan üç min manatadək məbləğdə inzibati cərimə növündə məsuliyyət nəzərdə tutulur”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən BakuPlus.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyi tüstü bacasının təmizlənməsi üzrə ixtisaslaşmış müəssisə deyil:

“Tüstü bacası qaz ilə işləyən qurğularda yanmış məhsulun atmosferə atılması üçün nəzərdə tutulmuş qurğudur. Tüstü bacalarının yoxlanılması “Qaz təchizatı haqqında Qanun”a əsasən qaz paylayıcı “Azəriqaz” İstehsalat Birliyinin aidiyyəti nümayəndələri tərəfindən ildə bir dəfə mənzillərdə müayinə keçirilən zaman yoxlanılır. Tüstü bacasında sovurmanın olub-olmadığı qeydə alınır. Bu barədə akt tərtib edilərək istehsalçıya təqdim edilir.

Əgər tüstü bacasında sovurma zəifdirsə və digər texniki nasazlıq varsa, istehlakçı bu barədə ixtisaslaşmış podratçı təşkilatlarla müqavilə bağlayır. Həmin bağlanmış müqaviləyə əsasən, podratçı təşkilatlar tərəfindən tüstü bacasına texniki xidmət göstərilir. Daha sonra nəticəsi aktlaşdırılır və “Azəriqaz” İstehsalat Birliyinə təqdim edilir.

Hər il iyul ayının 1-nə qədər istehsalatçılar və bina sahibləri tərəfindən tüstü bacaları yoxlanılmalı və arayış “Azəriqaz” İstehsalat Birliyinə təqdim edilməlidir. Onlar Mənzil Kommunal Təsərrüfat Birliyinə müraciət edə bilərlər. Müraciət əsasında onları ixtisaslaşmış podratçı təşkilatların nümayəndələri ilə əlaqələndirəcəklər. Ümumiyyətlə “Azəriqaz” İstehsalat Birliyi tüstü bacasının təmizlənməsi üzrə ixtisaslaşmış müəssisə deyil. “Qaz təşkilatı haqqında Qanun”a əsasən, bu işi sahə üzrə podratçılar həyata keçirir”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Dünən, 17:29

Oğlunu işə düzəltmək istəyən ANA ALDADILDI

Xəbər
Dünən, 16:00

Amerikalı ilə evləndi, vəhşicəsinə güllələndi - Azərbaycanlı müğənninin faciəvi sonu

Xəbər
Dünən, 14:50

Badamdarlıların avtobus problemi - "Hər gün 3 manat taksiyə verə bilmərik"

Xəbər
Dünən, 12:57

"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Xəbər
Dünən, 12:36

Azər Aydəmir aidiyyəti qurumlara MÜRACİƏT ETDİ

Xəbər
Dünən, 11:07

Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

Səbail
Dünən, 09:52

Bakının bitməyən tıxacı...

Xəbər
11 sentyabr 2026, 17:48

"Bank Respublika" "Access Bank"ı alır

Xəbər
11 sentyabr 2026, 17:38

Ağac bordürü aşırtdı, barmaqlıqları əydi - Tədbir görən isə yoxdur

Xəbər
11 sentyabr 2026, 16:39

Bəzi müəllimlər qız uşaqlarını ərə getməyə çağırır - Deputatdan İDDİA

Xəbər
11 sentyabr 2026, 15:03

Ərini basdırıb üstündə güllər əkən qadına HÖKM OXUNDU

Xəbər
11 sentyabr 2026, 14:00

"TikTok"da qız adı ilə bacısının keçmiş əri ilə danışıb evə çağırdı

Xəbər
11 sentyabr 2026, 13:50

"Məni qınadılar ki, qızından imtina etmisən, dedim ki, nə gic-gic danışırsınız?" - Xalq artisti əsəbiləşdi

Xəbər
11 sentyabr 2026, 12:01

"Koroğlu"da yeni dəyişiklik: Ekspres avtobuslar üçün ayrıca zolaq yaradıldı

Xəbər
11 sentyabr 2026, 11:57

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Xəbər
11 sentyabr 2026, 10:01

"Atana deyərəm" – Yeniyetmə qızı gizli videosu ilə şantaj etdi

Xəbər
10 sentyabr 2026, 17:32

Dərsliklərə "sağlam qidalanma" mövzusu daxil ediləcək, kadr hazırlığı təkmilləşdiriləcək

Xəbər
10 sentyabr 2026, 16:56

Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY

Xəbər
10 sentyabr 2026, 15:30

İlham Mirzəyev xəstəxanadan evə buraxıldı

Xəbər
10 sentyabr 2026, 14:28

Döşəməni təmizlədikləri bez ilə eskalatorun tutacaqlarını SİLDİLƏR

Xəbər
10 sentyabr 2026, 12:11

Prezident Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Xəbər
10 sentyabr 2026, 11:21

Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman

Xəbər
10 sentyabr 2026, 10:49

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Xəbər
10 sentyabr 2026, 09:50

Bakıda kişi arvadını iş yerində döydü

Oxşar xəbərlər