Bakıda kirayədə yaşayan tələbə oğlanın faciəli şəkildə həyatını itirməsi barədə xəbər vermişdik.
Xezerxeber.az baş verən hadisənin yeni təfərrüatları haqqında yazıb. Məlum olub ki, hamamda dəm qazından boğulan Ramal Hüseynov Bakının Tolstoy küçəsi, 156 ünvanında kirayədə qalan beş gəncdən biri olub. Onlar Bakıya təhsil dalınca gəliblər. Beyləqan rayonu, Şahsevən kəndindən gələn bu gənclər gecə növbəsində işləyirmişlər.
Ramal hamamda aşkar olunanda özündə deyilmiş.
Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ramal Hüseynov Azərbaycan İdman Akademiyasının tələbəsi olub. O, İdman menecmenti və kommunikasiya ixtisası üzrə təhsil alırmış.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.