top
Deputatdan TƏKLİF: “Uşaqların yemək xərcini dövlət ödəsin”
22 oktyabr 2024, 07:22
- ↺ +

Deputatdan TƏKLİF: “Uşaqların yemək xərcini dövlət ödəsin”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunub.

“Yeni Müsavatın” xəbərinə görə, deputat Razi Nurullayev çıxışında bildirib ki, dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar formasında sosial yardımlar verir:

“Bu, çox yaxşıdır. Amma, o ödəmələr indiki vəziyyətdə onların ehtiyaclarını nəinki tam ödəmir, həm də gələcəkləri üçün konkret addımlar atılması potensialı yaratmır. Həm müalicələri, həm təhsilləri, həm də tərbiyələri baxımından. Təklif edirəm ki, yeni doğulan uşaqların 1-3 yaş arası yemək xərcləri dövlət tərəfindən ödənilsin”.

R.Nurullayev təəssüflə vurğulayıb ki, ölkəmizdə uşaq yeməkləri istehsal olunmur:

“Uşaq yeməkləri də çox bahadır. Hər bir ailə keyfiyyətli uşaq yeməyi ala bilmir. Məhz bunun nəticəsində körpələrin özülünün sağlam şəkildə qoyulması təhlükəsi yaranır. Zənnimcə, bunun nəticəsi olaraq, nəsildə boyun qısalması, yaddaş zəifliyi, beyin kilidlənməsi yaranır. Hətta deyərdim ki, oxumamağa, savad almağa zəif meyllilik də bununla bağlı ola bilər. Bir də əlil uşaqları olan ailələrin sosial durumunun yaxşılaşdırılması üçün addımlar atılmasını istərdim. Nə demək istədiyimi bir ailənin üzərində izah edim. Bir ailə tanıyıram, iki övladı var. Qan qohumu ilə evlənib. İki uşağın ikisi də xəstə doğulub, bir kar, lal və fiziki məhdudiyyətli, o birisi isə tam fiziki məhdudiyyətli. Yazıq ana hər gün həkim və xəstəxanalarda. Onun uşaqlarına dövlət tərəfindən köməklik olunur, amma bu onlara kifayət etmir. Ata da tam işləyə bilmir. Yəni həyatları alt-üst olub. Onun üçün də bu cür ailələrə əsaslı köməyin tərəfdarıyam”.

Deputatın sözlərinə görə, bu cür ailələrə hətta avtomobil də vermək olar ki, ana özü idarə edib övladlarını həkimlərə, xəstəxanalara aparsın: “Hətta onun sürücülük məktəbində oxumasını da dövlət üzərinə götürə bilər. Çünki, dövlətin əsasını onun vətəndaşları təşkil edir və bizim ölkəmiz də sosial məsələlərə daha həssasdır. Sadəcə, konkret misallar üzərində problemləri dedim. İstərdim ki, həm uşaqların, həm də bu qəbildən olan əlil uşaqların və valideynlərinin sosial durumunun yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər görülsün”.

Son xəbərlər

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Oxşar xəbərlər