top
Ekspert Fuad İbrahimov: “Avtomobillərə maraq azalmayıb, şəhərdəki tıxaclar bariz nümunədir” - ÖZƏL AÇIQLAMA
21 oktyabr 2024, 06:02
- ↺ +

Ekspert Fuad İbrahimov: “Avtomobillərə maraq azalmayıb, şəhərdəki tıxaclar bariz nümunədir” - ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycana avtomobil idxalı 10 faiz azalıb. Bu ilin yanvar-iyul aylarında ölkəyə 944 milyon ABŞ dolları dəyərində 51 179 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,8 % çox və 9,8 % azdır.

Maraqlıdır, bu azalmanın səbəbi nədir? Ölkəmizdə avtomobillərə maraq azalıb?

Mövzu ilə bağlı BakuPlus.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, ölkəyə gətirilən nəqliyyat vasitələrinin buraxılış ilinə qoyulan məhdudiyyətlər, elektrikli avtomobillərlə bağlı aparılan təşviqat idxala, qiymətlərə birbaşa təsir edir:

“İki aya yaxındır ki, Çindən gətirilən avtomobillərin bir hissəsi Rusiya sərhədində qalıb. Gətirən şirkətlər müəyyən xətalara yol veriblər. Ucuz başa gəlsin deyə müəyyən əməliyyatlar ediblər. Qayda pozuntusuna görə də 2000 nəqliyyat vasitəsi sərhəddə qalıb. Bu statistikaya da təsir göstərib”.

Y.Mustafayev qeyd edib ki, avtomobillərin əksəriyyəti Çindən gətirilir:

“Biz əvvəllər Avropadan, Gürcüstandan və Amerikadan gətirirdik. İndi isə hibrid avtomobillər Çindən gətirilir. Bu da rəqəmlərə ciddi təsir göstərir”.

İqtisadçı-ekspert Fuad İbrahimov isə qeyd edib ki, avtomobillərə maraq azalmayıb:

“Bu ilin doqquz ayı ərzində ölkəmizə 66 285 ədəd nəqliyyat vasitəsi idxal olunub. 2023-cü ildə isə 72 883 ədəd nəqliyyat vasitəsi idxal edilmişdi. 6 min avtomobil azalma olub. Kəskin artım elektromobillərin xeyrinə olub. Coğrafiyasında da dəyişilmə baş verib. Əvvəl Gürcüstandan, Amerikadan və Avropadan gətirilirdi. İndi isə Çindən daha çox idxal olunur. Bu da dövrün tələbədir. Qiymət və qənaət baxımından daha sərfəlidir.

Maraq azalmayıb. Azalmanın səbəblərin nəzərə almaq lazımdır. Bazarda kifayət qədər  satılmayan avtomobillər var. Anbarlar doludur. İş adamları avtomobillər idxal edir. Azalma da tələbata uyğun tənzimlənməlidir. Gətirilən avtomobillərin satılmaması və illəri də nəzərə alınmalıdır. Azərbaycana istehsalı 10 ildən daha çox olan avtomobillərin gətirilməsi qadağan edilib. Bu baxımdan alış üçün əlçatanlıq kifayət qədər olmur. Xalq olaraq avtomobillərə maraq azalmayıb. Şəhərdə olan tıxaclar bunun bariz nümunəsidir”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Oxşar xəbərlər