top
“Elit star” Cəmilə: “Mən toy yox, konsert müğənnisiyəm” - ÖZƏL MÜSAHİBƏ
10 oktyabr 2024, 06:48
- +

“Elit star” Cəmilə: “Mən toy yox, konsert müğənnisiyəm” - ÖZƏL MÜSAHİBƏ

“Şou-biznesin indiki halı məni qane etmir. Mən çox istəyərdim ki, müğənnilər ancaq mahnı haqqında fikirləşsinlər. Onlar bədənlərindən çox mahnı haqqında düşünsələr daha yaxşı olar. Müğənnilər elə bil növbəyə düzülüblər. Hamısı fiqurunu eyniləşdirməyə çalışır”.

Bunu BakuPlus.az-a müsahibəsində “Elit star” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cəmilə İsgəndərova deyib.

Onunla müsahibəni təqdim edirik:

- Cəmilə xanım, necəsiniz? İşləriniz necə gedir?

- Hər şey çox gözəldir. Maraqlandığınız üçün təşəkkür edirəm. İşlər hər zamanki kimi qaydasındadır.

- Cəmilə xanım bir müddət öncə efirlərdə az-az görünürdüz. Bunun səbəbi nə idi?

- Bəli, efirlərdə bir müddət idi ki, yox idim. Çünki mən Azərbaycanda deyildim. 2012-ci ildən 2018-ci ilə qədər demək olar ki, ölkə xaricindəydim. Layihə rəhbəri idim. Qürbətdə yaşayan həmyerlilərimizi çəkirdim. Verilişə aparıcılıq edirdim. Bunu hobbi olaraq edirdim. Ən böyük dəstəkçim oğlum idi.

2018-ci ildən 2020-ci ilə qədər mən “Lider” telekanalında veriliş aparırdım. Hər həftə izləyicilərimin qarşısına çıxırdım. Müğənnilər mənim qonağım olurdular. Bəzən məni də başqa verilişlərə dəvət edirdilər. Başqa müğənnilər kimi mən də oradan-bura, buradan-ora qaçmışam.

- Son zamanlar mahnılarınız sosial şəbəkədə izlənmə rekordu vurub. Bu barədə danışardınız.

- Biz pandemiya dönəmi yaşadıq. Çox çətin günlər idi. Pandemiyadan sonra birdə-birə mahnılara sanki yeni nəfəs gəldi. Allah müğənniyə səs verib. Əsrlər keçsə də, o mahnılar yaşamalıdır. Əsla demirəm ki, mən də korifey müğənni olacağam. Onu bilmək olmaz. Mən Allahımdan çox razıyam.

Bu gün də 20 il öncə oxuduğum mahnılarım sevilir. 2001-2002-ci ildə doğulan uşaqlar böyüdülər, ifalarımı bütün Azərbaycan xalqına sevdirdilər. Onlara təşəkkür edirəm. Bu bir paradoksdur. Sevinirəm, Allahıma da duaçıyam.

Mənim bütün mahnılarım trend oldu.. “Sənə görə”, “Səninəm”, “Gözlərimdə qurumur yaş, hardasan”, “Ayrılığı mənə sən öyrətdin”, “Aldılar, apardılar”, “De unuda bilərsən”, “Sənsiz dünyam”. Mənim o vaxtı oxuduğum mahnıların hamısı hit oldu.

- Konsert proqramlarınız davam edəcəkmi?

- Bu yay ən çox konsert verən müğənnilərdən biri oldum. Üç konsert Gəncədə verdim. Biri iyun, ikisi sentyabr ayında. Daha sonra Mingəçevirdə konsert proqramı ilə çıxış etdim. Bakıda dəniz kənarında və şəhərin mərkəzində restoranların birində konsert proqramı ilə çıxış etdim. Konsert istəyən çoxdur. İnşallah davam etdirəcəyik.

- Cəmilə xanım, yeni ifalar olacaqmı? Klip çəkilişi nə zamandır?

- Yeni ifalar olacaq. Hazırda “Candan ayrı” ifama klip çəkdim. Növbəti ay trenddə olan mahnılarımın hamısına klip çəkməyi düşünürəm.  Bu yaxınlarda ən populyar bəstəkarlardan birindən mahnı götürdüm. Yeni stildədir. Toy mahnısı deyil.

- Adınız qalmaqallarda da hallanır. Bu yaxınlarda Elşad Qarayevlə verilişlərin birində gərginlik yaşamısınız. Məsələni həll edə bildinizmi?

- Elşad Qarayev ilə aramızda gərginlik yaşandı. Dedim, nə oxumusan? 50 ildir oxuyursan, ortalıqda bir şey yoxdur. Oğlu Rəvan Qarayev mahnılar yazdı, kliplər çəkdirdi. Reytinqdə oldu. Amma sən heç nə etməmisən. Keçmiş nəsil ancaq toya gedir. Toy hər şey demək deyil. Sözümün də üstündə dayanıram.

- Şou-biznesin indiki halı sizi qane edirmi?

- Şou-biznesin indiki halı məni qane etmir. Adlar çəkməyəcəm, çünki qalmaqal lazım deyil. Hər zaman Nəzakət Məmmədova, Rübabə Muradovanın mahnılarını dinləyirəm. İnsan elə yaşamalı və yaratmalıdır ki, ondan sonra nələrsə qalsın. Bu gün toya gedim, ev, bağ və maşın almaq yox. Dahilər milyarder olmayıb. Heç nəyə fikir verməyiblər.

Mən çox istəyərdim ki, müğənnilər ancaq mahnı haqqında fikirləşsinlər. Onlar bədənlərindən çox mahnı haqqında düşünsələr daha yaxşı olar. Düşünsünlər ki, necə mahnı yazım ki, zövqləri oxşasın. Müğənnilər elə bil növbəyə düzülüblər. Hamısı fiqurunu eyniləşdirir. Mən ancaq sənətlə məşğul olmaqlarını istərdim. Gec olmadan hər birinin ailəsinin olmasını arzu edirəm.

İfratdan uzaq olmaq lazımdır. 35 ildir sənətdəyəm, hələ də öyrənirəm. İnsan nə qədər yaşayır, o qədər də öyrənəcək. Müğənnilər efirlərdə zinət əşyaları və geyimlərini reklam etdirirlər. Buna gərək yoxdur.

- Bir neçə il öncə efirlərin birində “Toy üçün yaşamaq lazım deyil” fikrini səsləndirmisiniz. Bu fikriniz müzakirələrə səbəb olmuşdu. Hətta sizin özünüzün toy müğənnisi olduğunuzu dilə gətirmişdilər. Münasibətiniz necədir?

- Mən heç vaxt toy müğənnisi olmamışam. Hər zaman konsert müğənnisi olmuşam. İfalarım avtomobillərdə də dinlənilir. İnsanları düşündürən mahnılar olub. Yeni gələn də düşündürücüdür. Toylara hər zaman yarım saatlıq dəvət edirlər, gedib, oxuyuram. Özəl günlərə gedirəm. Vacib deyil ki, başdan-ayağa toy aparım. Müğənni olmaq toylara getmək demək deyil. Çoxları var ki, o sıradadırlar. 50 ildir ki, oxuyurlar, ancaq toylara gedirlər. Toy mahnıların əzbərləyib oxuyurlar, qonorar alırlar. Bu müğənni olmaq demək deyil.

Toy müğənnisi ilə konsert müğənnisi tamam fərqli anlayışlardır. Heç kəs məndən inciməsin. Toy müğənnilərinin qarşısında baş əyirəm. Toy mahnılarını bir-birinin ardınca oxumaq, insanları sifarişlərini yerinə yetirmək çox çətindir. Mən onu bacarmıram. Ancaq konsert bacarıram. Mənə konsert deyin, hansı səhnə olur olsun, öhdəsindən gələcəyəm. Konsertdə ancaq öz mahnılarımı oxuyuram. Böyük zövq alıram. 20-dən çox hit mahnım var.

- Sizcə musiqi təhsili önəmlidirmi?

- Musiqi təhsili olsa, daha gözəl olar. Amma musiqi təhsili olmamaq o demək deyil ki, bu insan savadsızdır. Oxumaq Allah vergisidir. Lakin bu o demək deyil ki, sən savadsız ol. Bəli, hər kəsin musiqi savadı olmalıdır. Notlardan xəbərin olmalıdır ki, bir-iki ifa edə biləsən. Bilməlisən ki, Şur oxuyursan, yoxsa Bayatı-Şiraz. Bu vacibdir

Nəzrin Vahid

 

Son xəbərlər

Xəbər
Dünən, 17:41

Bakıda sürücülərin yolunu zibil qutuları ilə kəsdilər

Xəbər
Dünən, 17:26

İş vədləri ilə 10 500 manatlıq dələduzluq - İşdə Odlar Yurdu Universiteti də yer alır

Xəbər
Dünən, 16:07

Səhiyyə Nazirliyindən günvurma təhlükəsi ilə bağlı ÇAĞIRIŞ

Xəbər
Dünən, 15:25

Spirtli içki qəbul etdi, marşrutda sərnişinin pul kisəsini oğurladı

Xəbər
Dünən, 14:50

Bakıda sevgilisindən telefonunu gizlədən qadın boru ilə döyüldü

Xəbər
Dünən, 13:51

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı azadlığa çıxdı

Xəbər
Dünən, 13:35

"İdrak" liseyində müəllimi güllələyən yeniyetmənin məhkəməsində ittiham aktı elan olunub

Xəbər
Dünən, 13:10

Hərbi xidmətə çağırış başladı

Xəbər
Dünən, 12:10

Nadir Qafarzadə: "Allah həmin gün canımı alsın"

Xəbər
Dünən, 11:25

"Bakubus", eşidirsən? Yatmısan, ya bayılmısan?

Xəbər
Dünən, 11:10

Bu gündən kişi və qadınların pensiya yaşı bərabərləşib

Xəbər
Dünən, 10:10

Bakıda kişi yaşadığı binanın həyətində bıçaqlanıb

Xəbər
Dünən, 09:19

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
30 iyun 2026, 18:00

Bu marşrutların avtobusları yeniləndi

Xəbər
30 iyun 2026, 17:20

Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

Xəbər
30 iyun 2026, 16:20

Bakının bəzi yerlərində yağış yağacaq

Xəbər
30 iyun 2026, 14:34

15 yaşlı bacısının 30 yaşlı nişanlısını öldürmək istədi - Zorlama şübhəsi…

Xəbər
30 iyun 2026, 14:20

Bakıda bloqer sevgilisinin 90 mindən çox pulunu ələ keçirdi

Xəbər
30 iyun 2026, 13:20

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

Xəbər
30 iyun 2026, 12:48

Sosial şəbəkələrdə 16 YAŞ TƏLƏBİ təsdiqləndi - 300 min manatlıq CƏRİMƏ

Xəbər
30 iyun 2026, 12:34

Bakıda ucuz və sənədi olan torpağı haradan almaq olar?– Ərazilər və real qiymətlər

Xəbər
30 iyun 2026, 12:20

Közərmə lampalarının satışı qadağan edilir

Xəbər
30 iyun 2026, 11:20

10 minə yaxın müəllimin əmək müqaviləsinə xitam verildi - NAZİR

Xəbər
30 iyun 2026, 11:17

Məşhur telekanal müğənniyə qadağa qoyub - İDDİA

Oxşar xəbərlər