Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun iki əməkdaşı dünyasını dəyişib. Bu haqda bu gün, 21 aprel tarixində Report məlumat verib.
AMEA Botanika İnstitutunun Elmi Şurasının üzvü, əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Siracəddin Sərkərov 88 yaşında vəfat edib. O, 194 məqalə və 2 monoqrafiyanın müəllifi olub.
Həmçinin, İnstitutun əməkdaşı, biologiya elmləri üzrə fəlsəfə doktoru Ədalət Səmədova 91 yaşında dünyasını dəyişib.