Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları evdə valideynsiz, nəzarətsiz qalan uşağa dəstək olmaq arzusunu bildirən İlyas Əfəndiyev adına Elit Gimnaziyasının müəllimi Elnarə İbrahimova ilə görüşüb. Bu haqda APA 4 fevral tarixində məlumat verib.
İbrahimovaya məsuliyyətli vətəndaşlıq mövqeyinə görə təşəkkür məktubu təqdim olunub.
Dövlət Komitəsindən bildirilib ki, uşağın bağçaya verilməsi və aliment ödənilməsi üçün müvafiq tədbirlər görülür.
Daha öncə məlum olmuşdur ki, Yasamal rayonu Əsəd Əhmədov küçəsi 18 ünvanında yerləşən binanın 16-cı mərtəbəsində ana öz 6 yaşlı övladını evə qapadaraq onu saatlarla tək qoyub hər gün işə getmişdir.