Bakıdan Füzuliyə növbəti köç karvanı yola düşüb. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Qaradağ rayonu ərazisindən Füzuliyə yola düşüb.
Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə – 153 nəfər köçürülüb. Ümumilikdə isə Füzuli şəhərində 822 ailənin, yəni 3132 nəfərin daimi məskunlaşması təmin edilib.