Millət vəkili Fazil Mustafaya qarşı hücumla bağlı yeni detallar məlum olub. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Belə ki, terrorda şübhəli bilinib DTX tərəfindən saxlanılanlardan biri Həsən Hüseynovdur. O, İrandan deputatı ölümlə hədələyən Hüseyn Hüseynovun qardaşıdır.
Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul göndərilməsini təşkil edib. Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda müxtəlif şəxslərin və obyektlərin gizli videoçəkilişlərini apardığına görə həbs edilmişdir.
Həmçinin məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.