Bakı Şəhər Halqası ilə bağlı tikinti-quraşdırma işlərinin bitmə tarixi açıqlanıb. Bu haqda 21 aprel tarixində Bizim.Media xəbər verib.
Formula 1 yarışı ilə əlaqədar Bakı ərazisində tikinti-quraşdırma işləri davam edir. Bakı Şəhər Halqası Əməliyyat ŞirkətininYarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer bildirib ki, infrastruktur-quraşdırma işləri iyunun 6-da bitəcək.
“Beynəlxalq Avtomobil Federasiyası da sınaqlarını həyata keçirəcək. Bu yoxlanışlardan sonra trek tam istifadəyə veriləcək. Sevindirici xəbər ondan ibarətdir ki, biz tribunalara və trekə qayıtmışıq”, - deyə o əlavə edib.
Formula 1 üzrə Azərbaycan Qran Prisi 2022-ci ilin 10-12 iyun tarixlərində keçiriləcək.