Bu gün, 19 iyul tarixində Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, hərbi həkim Gültəkin Əsgərovanın anım günüdür. Bu haqda Bakuplus.az məlumat verir.
Gültəkin Əsgərova 1960-cı il noyabrın 2-də Bakıda anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib və uzun müddət 8 nömrəli təcili yardım stansiyasında işləyib. 1991-ci ildən Respublika Kliniki Uroloji Xəstəxanada işləməyə başlayıb.
1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, 5 tibb bacısı ilə birgə döyüşlərdə iştirak edib. 1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olub. Şuşanın işğalından sonra Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edib.
1992-ci il iyulun 19-da döyüş zamanı Ağdamın Aranzəmin yüksəkliyində şəhid olub.