top
Gömrük Komitəsinin keçmiş eksperti narazıdır - 13 500 manatlıq rüşvət işi
19 oktyabr 2024, 04:53
- +

Gömrük Komitəsinin keçmiş eksperti narazıdır - 13 500 manatlıq rüşvət işi

Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti vəzifəsində işləyən Aslan Bayramov barəsindəki cinayət işi Ali Məhkəmədə araşdırılacaq.

Qaynarinfo xəbər verir ki, Aslan Bayramov barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verib.

Ələsgər Novruzov iş üzrə hakim təyin edilib. Şikayətin baxılma vaxtı hələ ki, müəyyənləşməyib.

Aslan Bayramov ötən il cinayət məsuliyyətinə cəlb edilib. Onun qanunsuz əməlləri barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə DGK-dan məlumat daxil olub. Həmin məlumatın əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməliyyat-axtarış tədbirləri keçirib və qurumda cinayət işi başlanıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirlərilə Aslan Bayramovun qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 13 min 500 manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nazirlər Kabinetinin "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Aslan Bayramov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Xəbər
Dünən, 17:29

Oğlunu işə düzəltmək istəyən ANA ALDADILDI

Xəbər
Dünən, 16:00

Amerikalı ilə evləndi, vəhşicəsinə güllələndi - Azərbaycanlı müğənninin faciəvi sonu

Xəbər
Dünən, 14:50

Badamdarlıların avtobus problemi - "Hər gün 3 manat taksiyə verə bilmərik"

Xəbər
Dünən, 12:57

"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Xəbər
Dünən, 12:36

Azər Aydəmir aidiyyəti qurumlara MÜRACİƏT ETDİ

Xəbər
Dünən, 11:07

Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

Səbail
Dünən, 09:52

Bakının bitməyən tıxacı...

Xəbər
11 sentyabr 2026, 17:48

"Bank Respublika" "Access Bank"ı alır

Xəbər
11 sentyabr 2026, 17:38

Ağac bordürü aşırtdı, barmaqlıqları əydi - Tədbir görən isə yoxdur

Xəbər
11 sentyabr 2026, 16:39

Bəzi müəllimlər qız uşaqlarını ərə getməyə çağırır - Deputatdan İDDİA

Xəbər
11 sentyabr 2026, 15:03

Ərini basdırıb üstündə güllər əkən qadına HÖKM OXUNDU

Xəbər
11 sentyabr 2026, 14:00

"TikTok"da qız adı ilə bacısının keçmiş əri ilə danışıb evə çağırdı

Xəbər
11 sentyabr 2026, 13:50

"Məni qınadılar ki, qızından imtina etmisən, dedim ki, nə gic-gic danışırsınız?" - Xalq artisti əsəbiləşdi

Xəbər
11 sentyabr 2026, 12:01

"Koroğlu"da yeni dəyişiklik: Ekspres avtobuslar üçün ayrıca zolaq yaradıldı

Xəbər
11 sentyabr 2026, 11:57

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Xəbər
11 sentyabr 2026, 10:01

"Atana deyərəm" – Yeniyetmə qızı gizli videosu ilə şantaj etdi

Xəbər
10 sentyabr 2026, 17:32

Dərsliklərə "sağlam qidalanma" mövzusu daxil ediləcək, kadr hazırlığı təkmilləşdiriləcək

Xəbər
10 sentyabr 2026, 16:56

Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY

Xəbər
10 sentyabr 2026, 15:30

İlham Mirzəyev xəstəxanadan evə buraxıldı

Xəbər
10 sentyabr 2026, 14:28

Döşəməni təmizlədikləri bez ilə eskalatorun tutacaqlarını SİLDİLƏR

Xəbər
10 sentyabr 2026, 12:11

Prezident Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Xəbər
10 sentyabr 2026, 11:21

Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman

Xəbər
10 sentyabr 2026, 10:49

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Xəbər
10 sentyabr 2026, 09:50

Bakıda kişi arvadını iş yerində döydü

Oxşar xəbərlər