Bakıda tanınmış ginekoloqun intiharı ilə bağlı cinayət işi açılıb. Bu haqda 29 iyun tarixində APA məlumat verib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin “Özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanıb. Mərhumun həyat yoldaşı istintaqa cəlb olunub.
Ötən gün iki uşaq anası olan tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonu, İnşaatçılar prospektində, yaşadığı binanın 10-cu mərtəbəsinin eyvanından atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.