top
Hacı Zeynalabdin Tağıyevin doğum günüdür
25 yanvar 2025, 01:40
- ↺ +

Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Multimilyonçu, XX əsrdə Bakıda ən böyük neft sahibkarı, xeyriyyəçi Hacı Zeynalabdin Tağı oğlu Tağıyev 1823-cü il yanvar ayının 25-də Bakıda çəkməçi ailəsində doğulub.

Tağıyev 10 yaşında anasını itirib. Ailədəki ağır vəziyyət onu işləməyə vadar etdiyindən tikintidə günü 6 qəpiyə palçıq daşıyıb. 12 yaşında daş yonub. 15 yaşında daşqoyan-bənna kimi işləyib. Bir qədər pul topladıqdan sonra iki mağaza alıb orada sənaye məhsulu satmağa başlayıb. Tağıyev 1870-ci ildə kerosin almaq üçün iki çəni olan zavod tikib. Kerosinə o vaxt tələbat çox idi.  Tağıyev 1872-ci ildə neft çıxarma sahəsinə kapital qoyaraq iki quyu qazdırıb. 1886-cı ildə neft istehsalı və neftayırma ilə məşğul olan, paya əsaslanan firma açıb. 1897-ci ildə özünün şəxsi firmasını yaradıb. XX əsrin əvvəlində toxuculuq sənayesi yaratmaq məqsədilə Rusiyada parça istehsal edən çox böyük bir fabrik tikib. "Xəzər manufaktura cəmiyyətini" yaradıb. Ticarət əməliyyatları aparmaq üçün 1914-cü ildə başqa iş adamları ilə birgə kommersiya bankı yaradaraq idarə heyətinin sədri seçilib. 1916-cı ildə "Balıq sənayesi ilə məşğul olan aksioner cəmiyyətini" təşkil edərək balıqçı torları alıb, vətəgələr yaradıb, balıqçılıq təsərrüfatını təşkil edib. Dağıstanda və Azərbaycanda balığı konservləşdirən, qurudan zavodlar tikib, soyuducu kameralar yaradıb. 1917-ci ilin sonunda Z.  Tağıyevin mülkiyyəti 30 milyon rubl olub. O, əliaçıqlıqla xeyriyyə işlərinə vəsait ayırıb, bu günün özündə də fəaliyyət göstərən məktəb və teatr, qızlar məktəbi açıb, onlar üçün ayrıca bina tikdirib. Qəzet və jurnal təsis edib. Onun vəsaiti hesabına Azərbaycanın oğul və qızları İngiltərə, Almaniya, Fransa və Rusiyada təhsil alıblar. Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə və başqaları onun vəsaitilə oxuyub.

Tağıyev Azərbaycanda təhsilin, mədəniyyətin formalaşmasına və inkişafına kömək edib. Əbəs yerə deyil ki, Azərbaycan xalqı ona millətin atası adını vermişdi.

Tağıyev Rusiya imperiyasının, Buxara əmirinin, İranın ordenlərilə təltif olunmuşdu. Azərbaycanda kommunist rejimi qurulanda Z. Tağıyev könüllü olaraq özünün bütün mülkiyyətini Azərbaycan kommunist hökumətinə bağışlamışdı.

O, Sovet hökümətinin ona ömrünün axırınadək təhkim etdiyi Mərdəkandakı bağında 1924-cü il sentyabrın 1-də 86 yaşında vəfat edib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər