top
Səhiyyə Nazirliyi Böyük Qayıdış çərçivəsində ilk dəfə portativ stomatoloji qurğu tətbiq etdi
10 aprel 2026, 15:57
- ↺ +

Səhiyyə Nazirliyi "Böyük Qayıdış" çərçivəsində ilk dəfə portativ stomatoloji qurğu tətbiq etdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirici tədbirləri davam etdirir. Bu məqsədlə növbəti aksiya 10 aprel tarixində Ağdərə rayonunda uğurla keçirilib.

Bakuplus.az xəbər verir ki, aksiyanı Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universiteti (ATU) Tədris Stomatoloji Klinikasının həkim briqadası həyata keçirib. Həkimlər həm yerli əhalini, həm də "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağın bərpasında fəaliyyət göstərən mütəxəssisləri müayinə edərək onlara konsultativ tibbi xidmət göstəriblər.

Aksiya çərçivəsində ilk dəfə olaraq tibdə inqilabi yenilik sayılan BPR Swiss-in SMART-PORT portativ stomatoloji qurğusu tətbiq olunub. Bu müasir qurğu məktəblərdə, qocalar evlərində və səyyar müayinələrdə yüksək keyfiyyətli stomatoloji xidmət göstərməklə, vətəndaşların klinikaya getmək ehtiyacını azaldır və müalicəyə çıxışı daha da asanlaşdırır. SMART-PORT-un fasiləsiz işləmə xüsusiyyəti, tez quraşdırılması və çoxfunksiyalı alətləri (mikromotor, skaler, üçfunksiyalı şpris) müalicə imkanlarını genişləndirir.

Ağdərə sakinləri səyyar şəraitdə bu portativ qurğu vasitəsi ilə tam stomatoloji xidmət alıblar. Tam avtonom iş rejimi və fasiləsiz işləmə imkanı sayəsində müalicələr daha sürətli və rahat aparılıb, vətəndaşların vaxtına qənaət olunub.

Aksiyanın əsas məqsədi sakinlərin ağız boşluğunun vəziyyətinin qiymətləndirilməsi, müxtəlif stomatoloji patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin həyata keçirilməsi və vətəndaşlara geniş konsultativ tibbi xidmətlərin göstərilməsi olub.

ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru İmran Ağayevin rəhbərliyi altında stomatoloq-terapevt, ortodont, ortoped, cərrah və uşaq stomatoloqu daxil olmaqla klinikanın geniş həkim briqadası əhalinin ətraflı müayinəsini həyata keçirib. Ümumilikdə, aksiyada 140-a yaxın vətəndaş tibbi müayinədən keçib, müvafiq müalicə prosedurları aparılıb, erkən diaqnostika və profilaktik konsultasiyalar təmin edilib.

Bu təşəbbüs "Böyük Qayıdış" proqramının regionlarda həyat keyfiyyətinin artırılması, sağlamlıq xidmətlərinə çıxışın genişləndirilməsi və yerli əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:55

Yemək bişirmədiyi üçün təzə evləndiyi arvadını döydü

Xəbər
Bu gün, 16:45

Bakıda həyat yoldaşını döyən kişi 1200 manat cərimələndi

Xəbər
Bu gün, 16:17

Bakıda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirilib

Siyasət
Bu gün, 14:35

İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib

Siyasət
Bu gün, 13:19

Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir

Siyasət
Bu gün, 12:59

Niderland vətəndaşlarının İrandan təxliyəsinə görə Prezidentə təşəkkür etdi

Xəbər
Bu gün, 11:45

Subaylar üçün xüsusi alış-veriş səbətləri: Bakıda da belə bir yenilik olsun?

Xəbər
Bu gün, 11:00

Lev Tolstoyla görüşən maştağalı - Azərbaycanın ilk Xalq artisti

Siyasət
Bu gün, 10:51

Rövşən Nəcəf Everestə qalxıb

Xəbər
Bu gün, 09:45

Yeni Ramana küçəsi BAĞLANIR

Xəbər
Bu gün, 09:36

DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib

Xəbər
Bu gün, 09:10

Paytaxtın bir hissəsində qaz olmayacaq

Xəbər
Bu gün, 09:05

Bakının bəzi küçələrində işıq kəsiləcək

Xəbər
Bu gün, 08:56

Bakıda 14 yolda tıxac var

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Oxşar xəbərlər