Xəbər verildiyi kimi, paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
FHN Mətbuat xidmətindən Bakuplus.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
Heydər Əliyev adına Neft Emalı Zavodunda baş verən yanğınla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Bu barədə BakuPlus.az-a FHN-dən verilən məlumatda bildirilib.
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub”, - məlumatda deyilir.
Nəzrin Vahid
****
Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, hazırda zavodun işçiləri təxliyə edilir.
Əlavə məlumat veriləcək.