Heydər Əliyev Mərkəzində planlaşdırılan tədbirlər təxirə salınıb. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
Ermənistan silahlı qüvvələri bölmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələri arasında şəhidlərin olması səbəbindən Mərkəzdə və onun ərazisində keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlər, o cümlədən sentyabrın 17-18-nə planlaşdırılan “Art Festival” təxirə salınıb.