20 yaşlı Nərgiz Bağıyeva öz 1 yaşlı qızını öldürməsinə görə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Bu haqda Bakı Ağır Cinayətlər Məhkəməsi qərar verib.
Prokuror 16 il həbs cəzası istəmişdi.
14:42 - Körpəsini öldürən ananın məhkəməsi başlayıb
Öz körpəsini öldürən qadının məhkəməsi başlayır. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
20 yaşlı Nərgiz Bağıyevanın öz 1 yaşlı qızını öldürməsi ilə bağlı məhkəmə başlayıb. Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fuad Musayev çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası 17 iyul tarixinə təyin edilib.
Ötən ilin sentyabr ayında N.Bağıyeva uşağının yeməyinə zəhərli maddə qataraq onu öldürmüşdü.