top
Kredit kartlarına tətbiq ediləcək yeni qaydalar insanların maliyyə yükünü azalda biləcək? – ÖZƏL AÇIQLAMA
09 oktyabr 2024, 07:46
- ↺ +

Kredit kartlarına tətbiq ediləcək yeni qaydalar insanların maliyyə yükünü azalda biləcək? – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə kredit kartlarının verilmə qaydalarının sərtləşdiriləcəyi ilə bağlı iddialar dolaşır.

Son illər kredit kartlarına olan tələbat səbəbindən sözügedən məsələ insanlar arasında narahatlığa səbəb olub. Kredit kartlarına olan tələbatın artması, bəzi hallarda  istifadəçilərin borclanmasına da səbəb olur. Vətəndaşların yaranan borcu ödəmədə çətinliklərlə qarşılaşması (bu sıraya əsasən maliyyə çətinliyi aiddir) bankların bu sahədə yeni tənzimləmələr tətbiq etməsini gündəmə gətirir.

Bəs görəsən, kredit kartlarına tətbiq ediləcək yeni qaydalar insanların maliyyə yükünü azalda biləcəkmi?

Mövzu ilə bağlı İnsanoid.com-a açıqlama verən bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, kreditin verilmə qaydaları sərtləşdiriləcək:

“Sərtləşdirilmə yalnız kredit kartlarına aid deyil. Bütövlükdə kreditlərin verilməsində də qaydaların sərtləşdiriləcəyi bildirilir. Kredit kartları sadəcə bu dəqiqə ən geniş yayılmış bank alətlərindən biridir. Kredit kartları yalnız kreditdən istifadə alətidir.

Kreditin geri qaytarılmasında bəzi problemlər yaranır. Bu da krediti götürən şəxsin ödəniş qabiliyyətinin aşağı olduğunu göstərir. Bizdə banklar kredit verəndə kredit götürənin aylıq gəlirinə, kredit tarixçəsinə diqqət yetirirlər. Bununla yanaşı, kredit üçün müraciət edən şəxsin öhdəliyində olan digər ödənişlərə də baxılır. Əgər banka müraciət edən şəxsin gəliri də, xərcləri də çoxdursa, bu zaman qurum kredit verməkdən imtina edə bilər. Yeni sərtləşdirmə qaydaları ilə isə banklar kredit kartı verərkən müştərilərin maliyyə vəziyyətini daha diqqətlə qiymətləndirməyə başlayacaqlar. Bu, gələcəkdə maliyyə çətinliklərinin qarşısını almaq üçün bir addım ola bilər. Hər halda, vətəndaşların bu yeni qaydaları izləməsi və maliyyə planlamalarını düzgün aparması önəmlidir”.

Qeyd edək ki, kredit kartlarının verilmə şərtlərinin sərtləşdirilməsi, insanların maliyyə yükünü azaltmaq və borc müddətini daha idarəolunan etmək məqsədini güdür. Bu, eyni zamanda bankların risklərini azaltmağa da kömək edəcək. Belə bir vəziyyət, kredit kartı alan şəxslərin daha diqqətli olmalarına və borc məsuliyyətlərini daha yaxşı idarə etmələrinə səbəb ola bilər.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Oxşar xəbərlər