Dünən ölüm xəbəri yayılan aktyor Ruslan Sabirli açıqlama verib.
BakuPlus.az xəbər verir ki, o, məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Dostlar, sağ və salamatam. Nəhayət telefonum özümdədir! Dünəndən bəri ailəm, doğmalarım, kolleqalarım, yaxınlarım təlaş içindədirlər, dostlarım, qohumlarım zəng çatmadığı üçün bizə axışır. Telefonu götürən kimi dəhşətə gəldim. Bu qədər zənglər, mesajlar. Hazırda yaşadıqlarıma görə əsəb, gərginlik və stress keçirirəm. Ətraflı danışacam, hamıya cavab verəcəm”, - deyə aktyor qeyd edib.
