Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponin və Qətər Dövlətinin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Hacirinin etimadnamələrini qəbul edib.
Bakuplus.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.