top
Məşhur TikToker: “İlk dəfə Baloğlan Əşrəfovun “Ay uçan quşlar” mahnısının sözlərini dəyişdim” – ÖZƏL MÜSAHİBƏ
14 oktyabr 2024, 10:24
- +

Məşhur TikToker: “İlk dəfə Baloğlan Əşrəfovun “Ay uçan quşlar” mahnısının sözlərini dəyişdim” – ÖZƏL MÜSAHİBƏ

İstedadlı gənclər müxtəlif sahələrdə öz potensialını, yaradıcılıq qabiliyyətini və unikal bacarıqlarını nümayiş etdirirlər. Gənc istedadların bəziləri özünü idmanda, elmdə, texnologiyada sınayır. Bir qismi isə incəsənət sahəsində parlaya bilir və qısa müddətə ulduza çevrilir.

Onlardan biri də TikTok platformasında geniş izləyici kütləsi toplayan, mahnılarımızı özünəməxsus şəkildə ifa edən gənc, istedadlı bloqer Nurlan Quluzadədir.

İnsanoid.comun əməkdaşı onunla həmsöhbət olub.

Həmin müsahibəni təqdim edirik:

– Özünüz haqqında məlumat verməyinizi istərdim.

– Mən 1997-ci ildə dekabrın 13-də Tərtər rayonunda anadan olmuşam. Əslən Ağdam rayonundanam. Tərtər rayonunda bir il musiqi məktəbində təhsil aldım. Daha sonra ailəmizlə paytaxta köçdük və Bülbül adına orta ixtisas məktəbinə qəbul oldum, 2015-ci ildə təhsilimi bitirib,  hərbi xidmətə yollandım. 2017-ci ildə hərbi xidməti başa vurub, evə qayıtdım. 2020-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum. Müxtəlif səbəblərə görə, III kursda təhsilimi yarımçıq qoydum…

– Sosial şəbəkələrdə videolarınız diqqətimizi çəkdi. Mahnıları özünəməxsus tərzdə ifa edirsiniz. Nə zaman bu tip videolar çəkmək qərarına gəldiniz?

– Bu, 2022-ci ildə təsadüfi şəkildə oldu. Gəzintiyə çıxmışdıq, dostum məni telefona çəkirdi. Yaxınlaşıb dedi ki, neçə yaşınız var? Mən də yaş demək yerinə yüksəkdən güldüm. Həmin vaxt sosial şəbəkələrdə bir xanımın videosu yayılmışdı. Yaşını deyib, gülürdü. Dostum 7 saniyəlik videomu çəkib, məndən xəbərsiz sosial şəbəkəyə yerləşdirdi. Bir gecədə video 300 min baxış yığdı. Ertəsi gün bu say 700 minə qədər artdı. Daha sonra fərqli videolar çəkdim. Hansını qoydumsa, yüksək baxış gəldi. Kontentlərim mutasiyaya uğraya-uğraya bu səviyyəyə gəlib çıxdı. Fərqli yanaşmağı sevirəm. Öz baxış bucağımı qurmağa çalışıram.  Bəzən mahnıların sözlərin dəyişib, çatdırmaq istədiyim sözləri insanlara ötürürəm. Bəzən isə musiqisini dəyişirəm.

– Necə oldu bu işə başladınız?

– 2 ay idi ki, video çəkirdim və bir gün ingiliscə muğam ideyası gəldi. Onu paylaşdım və çox maraqla qarşılandı. Eyni anda bir çox səhifələr, məşhur simalar, müğənnilər və sənətçilər mənim müxtəlif videolarımı paylaşdılar. O vaxta qədər TikTokda izləyicilərim artmışdı. Amma “Instagram” da hələ 900 izləyicim var idi. Bir həftə içərisində bu say 15-20 minə qədər artdı.

Sonra elə həmin vaxt bir içki məhsulunun reklamı üçün təklif aldım. 6 aylıq müqavilə ilə işlədik. Bu şəkildə işə davam etməyə başladım.

– Mahnıları ifa etdiyiniz üçün tənqidlər olubmu?

Bəzən olur. Əsasən bu tip suallarla qarşılaşıram: “niyə bunu olduğu kimi normal oxumursan?”, “Sözləri niyə dəyişirsən?”, “Tərzi niyə dəyişirsən?”,  “Gül kimi səsin var”.  Amma mənim yanaşmam belədir ki, hər şeyə öz toxunuşumu etməsəm onu ifa etmirəm. Təbiətim belədir.

– Qazancınız nə qədərdir?

– Qazanc yalnız və yalnız reklam əməkdaşlıqlarından gəlir. Məbləğ deyə bilməyəcəm. Amma pis deyil. Hazırki aktivlik səviyyəmə və izləyici sayıma görə pis deyil.

– Bundan sonrakı planlarınız?

Planları detallı şəkildə demək istəmirəm. Amma onu deyə bilərəm ki, istər musiqi sahəsində, istərsə də ümumən incəsənətdə çox fərqli bir layihələr üzərində işləyirəm. Qısacası, bizdə hələ belə layihələr olmayıb.

– Başqa hansı platformalarda aktivsiniz?

– Hələ ki, yalnız “Instagram” və TikTok platformasında aktivəm.

– Hansı sənət adamlarının ifalarını parodiya edib, yayımlamaqdan vaz keçmisiniz? Və ya parodiya etmək istədiyiniz müğənni varmı?

– Mən konkret müğənniləri parodiya etmirəm. Sadəcə bayağı ifa edən müğənnilər olub ki, onları parodiya etmişəm. Konkret bir şəxsi parodiya etməmişəm. Həmin şəxslər tərz adı ilə oxuyan, əslində oxuduğu bəlli olmayanlardır. Onlar kimi oxuyub, ifaçı modelini göstərmişəm. Parodiya etmək istədiyim müğənni yoxdur.

– Videoların çəkilməsində təbii ki, əziyyət var. O prosesdən danışmağınızı istərdim. Dəstəkçiniz varmı?

– Bəli, əziyyət var. Mənim bir videom var idi. İfa belə idi “Bəsdi day-day”. Obraz doğruları danışandır. Bu obraz üçün çəhrayı köynək, tərlik və qara oversize şalvar seçmişdim. O obraz doğruları deyir. Ata modeli də var idi. Narsist idi. Ancaq övladlarına şiddət göstərir, təhqir edir, qadağalar qoyurdu.

Bu ideyanı yaratmaq çətin oldu. İki-üç həftə düşündüm. Parklarda gəzdim. Musiqi ilə qafiyə uyğun olmalı idi. Narsist ata olmalıydım. Narsist ata ilə doğruları deyən adamın səsləri fərqli olmalıydı. İki fərqli səsdə oxumuşam. Bu da başqa əziyyətdir.

Konkret hiss etməliydim ki, narsist ata nə deyə bilər. Doğruları deyən də cavab verməliydi. Arqument seçilməliydi. İki-üç həftə sözlərin və ideyanın üzərində işlədim, daha sonra klipi çəkildi. İdeya yaratmaq istəyirəmsə, tək qalıram. Özümlə oluram.

– Çəkiliş üçün xüsusi məkan seçə bilirsinizmi?

– Bəli, ideyaya uyğun seçim edirəm. Oğlunu evləndirmək istəyən atanın dramı var idi. Ata öz yaşıdı olan dostu ilə görüşür. Oğlunu zorla evləndirmək istəyirdi. Bu videoçarxı çayxanada çəkmişdim. Yer, məkan süjetin məğzinə, mövzusuna uyğun olmalıydı.

– Nurlan bəy, sizə reklam təklifləri gəlib?

– Bəli, reklamdan qazancım olur. TikTokda canlı açmıram. Canlı yayımda oyunlarda iştirak etməmişəm.. Bu mənim yolum deyil. Bir-birindən maraqlı kontentlər yaratmalıyam. Düşünməliyəm, irəli sürməliyəm. Ona görə də orada qazancım yoxdur.

– İlk hansı musiqini səsləndirdiniz? Həmin günü necə xatırlayırsınız?

– Əməkdar artist Baloğlan Əşrəfovun “Ay uçan quşlar” mahnısının sözlərin dəyişdirib ifa etmişdim. İlk o olmuşdu. Həmin mahnı beynimdə dolaşırdı. Melodiyası maraqlı idi. Düşünürdüm ki, o musiqi ilə nə isə bir klip olar. Çəkdim və təsadüfi olaraq da maraqlı alındı.

– Mahnıları necə seçirsiniz?

– Mən gün ərzində xeyli mahnıya qulaq asıram. Hər biri də fərqli-fərqli janrlarda olur. Həm xarici, həm də yerli müğənniləri dinləyirəm. Hansı ürəyimə yatdısa, onları qeydə alıram. Ağlıma ideya gələn kimi üzərində işləyirəm. Xarici musiqilərlə bizimkilərin ritmləri oxşardısa, miks edirəm.

Nəzrin Vahid

[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/10/4953541746311004524.mp4"][/video]

Son xəbərlər

Xəbər
Dünən, 17:29

Oğlunu işə düzəltmək istəyən ANA ALDADILDI

Xəbər
Dünən, 16:00

Amerikalı ilə evləndi, vəhşicəsinə güllələndi - Azərbaycanlı müğənninin faciəvi sonu

Xəbər
Dünən, 14:50

Badamdarlıların avtobus problemi - "Hər gün 3 manat taksiyə verə bilmərik"

Xəbər
Dünən, 12:57

"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Xəbər
Dünən, 12:36

Azər Aydəmir aidiyyəti qurumlara MÜRACİƏT ETDİ

Xəbər
Dünən, 11:07

Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

Səbail
Dünən, 09:52

Bakının bitməyən tıxacı...

Xəbər
11 sentyabr 2026, 17:48

"Bank Respublika" "Access Bank"ı alır

Xəbər
11 sentyabr 2026, 17:38

Ağac bordürü aşırtdı, barmaqlıqları əydi - Tədbir görən isə yoxdur

Xəbər
11 sentyabr 2026, 16:39

Bəzi müəllimlər qız uşaqlarını ərə getməyə çağırır - Deputatdan İDDİA

Xəbər
11 sentyabr 2026, 15:03

Ərini basdırıb üstündə güllər əkən qadına HÖKM OXUNDU

Xəbər
11 sentyabr 2026, 14:00

"TikTok"da qız adı ilə bacısının keçmiş əri ilə danışıb evə çağırdı

Xəbər
11 sentyabr 2026, 13:50

"Məni qınadılar ki, qızından imtina etmisən, dedim ki, nə gic-gic danışırsınız?" - Xalq artisti əsəbiləşdi

Xəbər
11 sentyabr 2026, 12:01

"Koroğlu"da yeni dəyişiklik: Ekspres avtobuslar üçün ayrıca zolaq yaradıldı

Xəbər
11 sentyabr 2026, 11:57

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Xəbər
11 sentyabr 2026, 10:01

"Atana deyərəm" – Yeniyetmə qızı gizli videosu ilə şantaj etdi

Xəbər
10 sentyabr 2026, 17:32

Dərsliklərə "sağlam qidalanma" mövzusu daxil ediləcək, kadr hazırlığı təkmilləşdiriləcək

Xəbər
10 sentyabr 2026, 16:56

Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY

Xəbər
10 sentyabr 2026, 15:30

İlham Mirzəyev xəstəxanadan evə buraxıldı

Xəbər
10 sentyabr 2026, 14:28

Döşəməni təmizlədikləri bez ilə eskalatorun tutacaqlarını SİLDİLƏR

Xəbər
10 sentyabr 2026, 12:11

Prezident Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Xəbər
10 sentyabr 2026, 11:21

Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman

Xəbər
10 sentyabr 2026, 10:49

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Xəbər
10 sentyabr 2026, 09:50

Bakıda kişi arvadını iş yerində döydü

Oxşar xəbərlər