Bakıda qətl törətməkdə təqsirləndirilən Orxan Novruzovun məhkəməsi başa çatıb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 25 oktyabr tarixində xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun qərarı ilə Novruzov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bu il mayın 27-si saat 07:00 radələrində qeydə alınıb. Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verib və orada yaşayan 61 yaşlı Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyiti aşkar edilib.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 37 yaşlı Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Xuraman Həsənova Qaradağ rayonunda yerləşən 139 saylı orta məktəbin ibtidai sinif müəlliməsi idi.