top
Müəllimlərin maaşına hansı hallarda əlavələr edilir?
04 noyabr 2024, 23:14
- ↺ +

Müəllimlərin maaşına hansı hallarda əlavələr edilir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər müəllimlik fəaliyyətinə görə ilk maaşını alacaq müəllimlər arasında əməkhaqqıya təyin olunan əlavələrin məbləği müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə gedən müzakirələrdə H1, H2 əlavələrinin məbləği məsələsi də yer alıb.

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, müəllimlərin əməkhaqqı əmək müddətinə görə kateqoriyalara bölünür:

"Müəllimlərin əməkhaqqı Nazirlər Kabinetinin 2023-cü il 7 mart tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilib. Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir. Bu qərara əsasən, müəllimlər əmək müddətinə görə kateqoriyalara bölünür. Birinci kateqoriya - 3 ilə qədər müəllimlik fəaliyyəti ilə məşğul olanlar, ikinci kateqoriya - 3 ildən 8 ilə qədər müəllimlik fəaliyyəti ilə məşğul olanlar, üçüncü kateqoriya - 8 ildən 13 ilə qədər müəllimlik fəaliyyəti ilə məşğul olanlar, dördüncü kateqoriya - 13 ildən 18 ilə qədər müəllimlik fəaliyyəti ilə məşğul olanlar, beşinci kateqoriya - 18 ildən yuxarı olanlar daxildir. Müəllimlərin əməkhaqqı bu kateqoriyalara uyğun hesablanır”.

Ekspertin sözlərinə görə, ümumi təyin olunan əməkhaqqıdan əlavə müəllimlərin maaşlarına müxtəlif əlavələr də edilir:

"Müəllim həm də sinif rəhbəridirsə, bu zaman onun maaşına 40 manat da əlavə olunur. Habelə, ümumi məbləğə sertifikasiya imtahanın da xüsusi təsiri var. Sertifikasiya imtahanında müəllim 50-60 bal toplayırsa, həmin müəllimin ümumi hesablanmış əməkhaqqına 35 faiz, 30-50 bal toplayarsa, 10 faiz əlavə edilir”.

R.Nurəliyev çaşqınlıq yaradan H1 və H2 məsələsinə də aydınlıq gətirib:

"H1 və H2 - buradakı H - həvəsləndirmə sözünün ilk hərfi kimi götürülür. Həvəsləndirmə əsasən rayon məktəblərinin gənc müəllimlərinin - 35 yaşa qədər- həvəsləndirilməsi istiqamətində tərtib olunan metoddur. H1-də şəhərin mərkəzindən 3 kilometrə qədər məsafədə olan məktəbdə müəllim dərs keçirsə, onun ümumi maaşına 60 manat əlavə olunur. H2-də isə 3 kilometrdən daha uzaq məsafədə fəaliyyət göstərirsə, maaşına 160 manat əlavə olunur. Bununla bərabər Elm və Təhsil Nazirliyinin (ETN) ayrıca yanaşması var. Müəllim ucqar kənd məktəblərində yaşayış yeri olmayıb könüllü əsasla dərs deməyə gedirsə, onlara yaşayışının təmin olunması üçün də əlavə dəstək göstərilir. Habelə akademik göstəriciyə əsasən də, müxtəlif əməkhaqqı müəyyənləşdirilir, "Əməkdar müəllim" adına layiq görülən şəxsin maaşına da əlavələr edilir".

Ekspert bildirib ki, ETN-in rəsmi səhifəsində yer alan onlayn kalkulyator vasitəsilə müəllimlər öz maaşlarını hesablaya bilərlər.

Onun qənaətinə görə, müəllimlər üçün təyin olunan həvəsləndirmənin məbləği qaneedici deyil, məbləğ azdır: "Müəllim əmək fəaliyyətinə görə rayonlara, regionlara üz tutursa, məcburdur ki, kirayə ev tutsun. Bu səbəbdən ETN və Nazirlər Kabineti əməkhaqqı məsələlərində kirayə xərclərini də nəzərə almalıdır. Onun elektrik, qaz təminatı diqqətdə saxlanmalıdır. Bunlara əsasən, əlavə ödənc məbləği 300-400 manat arası olarsa, daha məqsədəuyğundur".

Son xəbərlər

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Oxşar xəbərlər