Maştağa Olimpiya İdman Kompleksi özəl şirkətə çevrilib. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu, 5-dir, nizamnamə kapitalı isə 2 milyon 270 min 438 AZN-dir. MMC-nin qanuni təmsilçisi Ərşad Nəsibovdur.
Maştağa Olimpiya İdman Kompleksi 29 dekabr 2001-ci ildə istifadəyə verilib. Burada cüdo, kikboksinq və karate bölmələri fəaliyyət göstərir.