Xüsusi karantin rejimində maskalardan istifadə tələbi ləğv edilir. Bu haqda BakuPlus.az bu gün, 22 aprel tarixində xəbər verir.
2022-ci il mayın 1-dən etibarən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə ləğv olunacaq.
Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.
Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılmışdır.
Qeyd edək ki, Operativ Qərargah quru sərhədlərinin açılması məsələsinə baxmayıb. Məsələ gündəmdə olduğu üçün yaxın zamanda bununla bağlı yeni qərar olacağı gözlənilir.