Bülbül prospektində piyada səkisi genişləndirilib. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Metronun “Sahil” stansiyasının giriş hissəsinin yaxınlığında avtomobil yolunun bir hissəsi piyadalara verilib. Bununla bağlı səkinin genişləndirilmiş hissəsinə yeni tamet daşları vurulub.