Xalq artisti Miri Yusif bu dəfə ad gününü fərqli formada qeyd edib.
Axşam.az xəbər verir ki, müğənni özəl gününü öncə şəhid ailələri və fan-klubunun üzvləri ilə keçirib. İfaçı sevilən mahnılarını səsləndirib, imzalı albomunu onlara hədiyyə edib və xatirə fotoları çəkdirib.
Axşam saatlarında isə sənətçi şəhər restoranlarının birində konsert proqramı ilə çıxış edib.
Miri Yusifi dinləməyə gələnlər arasında teleaparıcı Tural Əsədov və həyat yoldaşı Gülgün Qurbanova, bloqerlər yer alıblar.