top
MMA döyüş növü üzrə məşqçi: “Yayılan videogörüntülərdə məqsədim uşağı incitmək olmayıb” – ÖZƏL MÜSAHİBƏ
18 oktyabr 2024, 06:29
- ↺ +

MMA döyüş növü üzrə məşqçi: “Yayılan videogörüntülərdə məqsədim uşağı incitmək olmayıb” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir müddət öncə sosial şəbəkələrdə azyaşlı tələbəsini təkidlə məşqi davam etdirməyə sövq edən məşqçinin görüntüləri yayılıb. Kiçik yaşlı döyüşmək istəmədiyini deyir, lakin ustadı onu razı salmağa çalışır. Həmin görüntülər geniş müzakirələrə səbəb olub. Məşqçiyə bəraət qazandıranlarla yanaşı, onu qınayanlar, səhv etdiyini deyənlər də az deyildi.

BakuPlus.az-ın əməkdaşı həmin videogörüntülərdə yer alan MMA (qarışıq döyüş sənəti) döyüş növü üzrə məşqçi Sultan Tağızadə ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Sultan bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- Mən, Sultan Rəfail oğlu Tağızadə, 1997-ci ilin avqustun 28-də Astara şəhərində dünyaya göz açmışam.

- Necə oldu ki MMA ilə məşğul olmaq qərarına gəldiniz? Uşaqlıqdan marağınız olub?

- 7-8 yaşlarında idmana böyük həvəsim var idi. Özüm üçün ev şəraitində məşqlər edirdim. İlk müəllimim Fariz Mirzəyev olub. Az yaşlarımdan nəticələr verməyə başladım, bir çox nailiyyətlər əldə etdim. Daha sonra hərbi xidmətə yollandım. Xidmətdən qayıtdıqdan sonra davam etdim. Respublika və Beynəlxalq miqyaslı yarışlarda mükafat qazandım. 2017-ci ilin sonlarında maddi problemlərim çox olduğuna görə idmandan uzaqlaşdım.

- Məşqçilik fəaliyyəti ilə neçə ildir məşğulsunuz?

-  Uzun aradan sonra, 2023-cü il oktyabrın 2-də Arif Nəzərovun təşəbbüsü ilə idmana yenidən qayıtdım. Həmin zaman “Xarıbülbül Fight Club”unu yaratdım. Klub yaranandan bu günə qədər Arif Nəzərov və Murad Adıgözəlov heç bir dəstəyini məndən əsirgəməyib.

Adını “Xarıbülbül” qoymaqda məqsədim İkinci Qarabağ müharibəsinin rəmzi olan Xarıbülbüldür. Məramım gələcək nəsil üçün döyüş ruhlu, vətənpərvər və öz vətəninə, millətinə sevgisi olan gənclər yetişdirməkdir. Hazırda bir ildir ki, məşqçilik fəaliyyəti göstərirəm.

- Sosial şəbəkələrdə Əli Mehdiyev adlı tələbənizlə olan videonuzu gördük. O, döyüşmək istəmədiyini deyir. Siz isə onu razı salmağa çalışırsınız. Döyüşmək istəməyən tələbələrinizi ümumiyyətlə necə yola gətirirsiniz?

- Video sosial şəbəkədə məşhurlaşdığı vaxtda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi o görüntülər barədə bizdən ətraflı məlumat alıb. Reytinq xətrinə paylaşım edən bloqerlər və səhifələr kütləyə yanlış informasiya verərək, bilib-bilmədən məsələyə müdaxilə edirlər. Hər kəsin nəzərinə çatdırmaq istəyirəm ki, bəyənmə və izlənməyə görə paylaşım edən insanlara aldanmasınlar.

Sosial şəbəkədə “Qara Əli” təxəllüsü ilə tanınan Əli Mehdiyev yaşının az olmasına baxmayaraq qabiliyyətli uşaqdır. Onun gələcəyi var. Əli istedadlı olsa da, özgüvənsizliyi onu bu gələcəkdən uzaq saxlayır. Bu səbəbdən də təkid, inad və ən əsası - valideyninin razılığı ilə Əlini döyüş meydanına sövq elədim.

Bir çoxlarının qınaq səbəbinə çevrilməyim Əlinin orada ağlamağı olub. Bəzi insanlar bilib-bilmədən məni mühakimə və ittiham etdilər. Mənim orada məqsədim uşağı incitmək yox, içində olan qorxu hissinə qalib gəlib, özgüvənini bərpa etmək olub. Şükürlər olsun, Əli Mehdiyev məşq proqramlarında bir çox uşaqlardan fərqlənərək daha həvəsli və məqsədyönlü çalışır.

 

- Daha çox hansı yaş kateqoriyasından olanlarla çalışırsınız? Kiçik yaşlı uşaqlar daha çoxmu üstünlük təşkil edir? Qızlara məşq keçirsiniz?

- Zalımızda 5-dən 37 yaşa qədər olan tələbələrimiz var. Qız və oğlan idmançılara məşq keçirilir.

- Məşqçi öz tələbəsinə necə yanaşmalıdır?

- Məşqçi ilk növbədə hər bir uşağın psixologiyasını əzbərləməli, pedaqoq kimi rəftar etməlidir. Çünki eyni yaşda olan uşaqların psixologiyaları fərqli ola bilir.

- Peşəkar döyüşçü olmaq üçün nələr etmək lazımdır?

- Peşəkar idmançı olmaq üçün ilk növbədə qarşına məqsəd qoymalısan. Bu məqsəddən əlavə olaraq mənəvi dəstək, ailədaxili dəstəyin olması insanda böyük ruh yüksəkliyi yaradır və o, məqsədinə daha əmin addımlarla irəliləyir. Bir sözlə, idmanda məğlub olub və məğlub etmək kimi bir qayda var.

- Tələbələrinizə ən çox nələri öyrədirsiniz?

- Döyüşləri qazandıqda arxayınlaşıb, məşqləri axsatmaq olmaz. Çünki daha artığını etmək üçün çox məşq etmək lazımdır. Məğlub olduqda isə məşqlərdən küsüb, məşqləri azaltmaq olmaz. Daha yaxşısını etmək üçün məğlubiyyəti həzm edib, birə on məşq etmək lazımdır. Allah nəsib edər, zalımızdan dünya və Avropa çempionu titulunu qazanan idmançı da çıxar.

Nəzrin Vahid

 

@bakuplus.azBir müddət öncə sosial şəbəkələrdə azyaşlı tələbəsini təkidlə məşqi davam etdirməyə sövq edən məşqçinin görüntüləri yayılıb. Kiçik yaşlı döyüşmək istəmədiyini deyir, lakin ustadı onu razı salmağa çalışır. Həmin görüntülər geniş müzakirələrə səbəb olub. Məşqçiyə bəraət qazandıranlarla yanaşı, onu qınayanlar, səhv etdiyini deyənlər də az deyildi. BakuPlus.az-ın əməkdaşı həmin videogörüntülərdə yer alan MMA (qarışıq döyüş sənəti) döyüş növü üzrə məşqçi Sultan Tağızadə ilə həmsöhbət olub. Müsahibə bakuplus.az saytında

♬ оригинальный звук - BakuPlus.Az


Son xəbərlər

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Oxşar xəbərlər