top
Nəqliyyat eksperti: “AzParkinq”in mobil tətbiqi yenilənməlidir” – ÖZƏL AÇIQLAMA
02 noyabr 2024, 06:54
- ↺ +

Nəqliyyat eksperti: “AzParkinq”in mobil tətbiqi yenilənməlidir” – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“AzParkinq” dayancaqlarında parketmə prosesinin düzgün təşkili sürücülərin rahatlığını artırmaq və park yerlərindən səmərəli istifadə etmək üçün vacibdir. Hazırda sistemdə sürücülər avtomobillərini park edərkən “start” düyməsini basmadığı halda cərimə yazılır, lakin oranı tərk edərkən “stop” düyməsini unudaraq sıxmadıqları təqdirdə isə avtomobil hələ də parkinqdə görünür.

Bu vəziyyət, əlavə ödənişin tətbiq olunmasına səbəb olur. Məsələ ilə bağlı sürücülərdən Bakuplus.az-a daxil olan şikayətdə bildirilib ki, bu vəziyyət, həmçinin park yerinin dolu görünməsi ilə də nəticələnir.

Həmin səbəbdən, avtomatik sistemlərin tətbiqi ilə parketmə müddətinin avtomatik olaraq dayandırılması vacibdir. Belə bir tənzimləmə ilə, avtomobil dayancaqdan çıxarkən ödənişin anında dayandırılması təmin olunacaq, bu həm sürücüləri əlavə xərcdən azad edəcək, həm də park yerlərinin daha səmərəli istifadəsinə şərait yaradacaqdır.

Mövzu ilə əlaqədar BakuPlus.az-ın əməkdaşı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov ilə danışıb.

Onun sözlərinə görə, əvvəlki illərə nisbətən “AzParkinq” yaradılandan sonra parklanmada səliqə-sahman, nizam-intizam meydana gəlib:

“Parklanma gözətçiləri yaxınlaşıb, insanları incitmirlər. Ödəmələr qeyri-nağd həyata keçirilir. Bu da maliyyə şəffaflığını artırır. Hazırda“AzParkinq” parklanma nəzarətçisi kimi çalışan insanlara maaş verilir. Onlar gələcəkdə təqaüd də ala biləcəklər”.

E.Cəfərov qeyd edib ki, “AzParkinq” mobil tətbiqi təkmilləşdirilməlidir:

“AzParkinq” ilə bağlı şikayətlər var. Bu da parklanma müddətinin sonlandırılmasının yaddan çıxması ilə əlaqədardır. Burada da “AzParkinq” mobil tətbiqində xəbərdaredici mesaj gəlir. Ola bilər ki, vətəndaş özü “AzParkinq” xəbərdaredici mesaj bölümünü bağlayıb. Onu açması məsləhətdir.

“AzParkinq” mobil tətbiqi təkmilləşdirilməli, daha da optimal və funksional olmalıdır. Yenilənməlidir. Elə olmalıdır ki, istifadə daha asan olsun. Belə problemlər də yaşanmasın”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) BakuPlus.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qaydalara əsasən, avtomobil ödənişli parklanma məntəqəsinə daxil olan kimi vaxt açılmalı, bitəndə isə sürücü tərəfindən sonlandırılmalıdır:

“Həm açmaq, həm də sonlandırmaq  - bu, bilavasitə sürücünün öhdəliyinə düşən məsələdir”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Oxşar xəbərlər