Səbail rayonu, Nəriman Nərimanov heykəli yaxınlığında ağaclıq ərazi Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən hasarlanıb. Bu haqda İTV məlumat verib.
Qeyd olunub ki, orada yeni park salınacaq. Ərazi lentlər ilə müəyyən sahələrə ayrılıb. Bu işarələr gələcək piyada yollarının planına bənzəyir.
Daha öncə, 7 avqust tarixində həmin ərazidə ağaclıq yanmışdır.