Nəsimi rayonunda təmizlik işləri aparılır. Bu haqda 19 iyul tarixində Bakupklus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
İməcilik çərçivəsində parklarda abadlıq və təmizlik işləri aparılıb, eləcə də yollarda, prospektlərdə səkilər, məhəccərlər, işıq dirəkləri, reklam lövhələri, kiçik zibil qabları və böyük konteynerlər, meydançalar yuyulub.
Hazırda rayon ərazisində abadlıq işləri davam edir.
[caption id="attachment_53137" align="alignnone" width="800"]
Foto Nəsimi Rayon İcra Hakimiyyətinin Facebook səhifəsi[/caption]