Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Patrul.az-a istinadən xəbər verir.
Qəza Nəcəf Bəy Vəzirov və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində qeydə alınıb. “Toyota Prius” markalı avtomobilin sürücüsü “Toyota Camry” markalı nəqliyyat vasitəsinə çarpılıb, daha sonra hadisə yerindən qaçıb. Ancaq “Prius”un dövlət qeydiyyat nişanı düşərək hadisə yerində qalıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_131696" align="alignnone" width="640"]
Foto Patrul.az[/caption]