Müdafiə Sənayesi Nazirliyinə məxsus "Azon zavodu” MMC-nin direktoru Ruhin Cəfərov vəzifəsindən azad edilib.
"Report" məlumat yayıb ki, müəssisəyə rəhbərlik Yaşar İbrahimova həvalə olunub.
Müdafiə Sənayesi Nazirliyinə məxsus "Bakı Cihazqayırma Zavodu” MMC-yə də yeni direktor təyin edilib. Bu vəzifə Abas Quliyevə həvalə olunub.
O, zavodun rəhbərliyində Rasim Tahirovu əvəz edib.