Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulacaq.
Bakuplus.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutacaq.
"Karvan-Yevlax" doğma meydanda "Neftçi"ni qəbul edəcək.
Rauf Cabarovun idarə edəcəyi görüş saat 16:00-da Yevlax şəhər stadionunda baş tutacaq.
Avrokuboklara vəsiqə üçün mübarizə aparan "ağ-qaralar" 47 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alıb.
Meydan sahibləri isə 14 xalla elitadan düşməyə namizəddir.