Paytaxt bazarlarında Novruz Bayramı ərəfəsində canlanma müşahidə olunur. Qiymətləri araşdıraraq Bakuplus.az məlumat verir.
Bazarlarda qiyməti 5-10 manat arasında olan xonçalar mövcuddur.
Novruzun əsas simvolu - səməni 3 manata, qoz ləpəsi 10-25 manata, badam 14-25 manata, kişmiş 9-25 manata, innab isə 5-12 manata satılır.
Bazarlarda görünüşü ilə “gəl-gəl” deyən çərəzlərin qiymətini baha satanlar da var, razılaşanlar da.
Satıcılar deyirlər ki, bazarda qiymət məhsulun növünə və keyfiyyətinə görə dəyişir.
Şəkərbura və paxlavanı evdə hazırlamaq yerinə sifariş etmək istəyənlər də çoxdur. Şəkərburanın bir ədədi 2 manata təklif olunur, paxlavanın kiloqramı isə 30 manatdan başlayır.
Beləliklə, bayram xonçası hazırlamaq arzusunda olanlar minimum 100 manat xərc çəkməli olacaqlar.