Bakıda obyekt sahibləri səkini zəbt ediblər.
Bakuplus.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, şəhər sakini hər gün dəmiryol vağzalı istiqamətində gedərkən avtomobillərin altında qalmaq təhlükəsi ilə üzləşdiyini qeyd edib.
Səbəb olaraq isə piyadalar üçün nəzərdə tutulan səkinin obyekt tərəfindən zəbt olunmasını göstərib. O, məhz buna görə piyadaların məcbur olaraq maşın yolundan istifadə etdiklərini bildirib.
Həmin görüntüləri təqdim edirik: