top
Paşinyan ABŞ-nin diqtəsi ilə Ermənistanı uçuruma aparır
15 yanvar 2025, 23:31
- ↺ +

Paşinyan ABŞ-nin diqtəsi ilə Ermənistanı uçuruma aparır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistan hökumətinin Qərbə yaxınlaşması, Rusiya ilə münasibətləri qoparmaq həddinə çatdırması günü-gündən yeni bəyanat və addımlarla davam edir. Bir neçə gün əvvəl rəsmi İrəvanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizədliklə bağlı qərarının Moskvada ciddi reaksiyaya səbəb olması deyəsən Paşinyan hökumətinin vecinə deyil. Odun üstünə benzin tökən erməni siyasi elitası qərarın mürəkkəbi qurumamış ABŞ ilə strateji tərəfdaşlıq haqqında saziş də imzaladı.

Görəsən, Ermənistan-Amerika münasibətlərindəki bu yeni mərhələ Rusiya, İran və Aİİ (Avrasiya İqtisadi İttifaqı) ilə əlaqələrinə necə təsir edəcək? Çünki nə Kreml, nə də rəsmi Tehran regionda Vaşinqtonun nüfuzunun artmasına biganə qala bilməz. Bu, sözügedən dövlətlər üçün birbaşa təhdid deməkdir. Amma maraqlıdır ki, erməni hökuməti müqaviləni Bayden administrasiyası ilə imzalayır. 20 yanvar tarixindən isə vəzifəyə başlayacaq olan Tramp administrasiyasının bu sənədi necə qəbul edəcəyi və onunla necə davranacağını isə heç kəs bilmir.

Burada Trampın Bayden administrasiyasına və siyasətinə olan münasibətini də diqqətə almaq lazımdır. Sələfini hər vəchlə tənqid edən yeni ABŞ prezidentinin əsas prioritetinin Ermənistan olacağını düşünmək də absurddur. Burada rəsmi Bakının uğurlu xarici siyasətini də diqqətə alsaq, yeni administrasiyaya ABŞ-nin Azərbaycana qarşı siyasətində Ermənistan faktorunun nəzərə alınmasının fəsadlarının düzgün izah ediləcəyini, Trampın xarici siyasət departamentinin də bunu mütləq diqqətə alacağını düşünmək olar. Çünki Rusiyanın liderlik etdiyi KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı)  və Aİİ kimi qurumlarda təmsil olunan, Moskvanın hərbi-siyasi müttəfiqi sayılan erməni dövlətinə yardım etmək Tramp kimi siyasətçinin maraq dairəsində olmayacaq.

Təbii ki, sənədin imzalanmasını Paşinyan hökuməti tarixin ən uğurlu sazişi, son əsrin ən ciddi müqaviləsi kimi təqdim etməyə çalışır və növbəti həftələrdə də bu səpkidə tezislər erməni KİV-lərində dövriyyəyə buraxılacaq. İlk olaraq, anlamaq lazımdır ki, bu strateji tərəfdaşlıq ABŞ-İsrail və ABŞ-Böyük Britaniya münasibətlərində olduğu kimi strateji müttəfiqlik demək deyil. Bu, daha çox təhlükəsizlik sektorunda məsləhət proqramları, hərbi təmas fəaliyyətləri, hərbi təhsil imkanlarını nəzərdə tutur. Artıq ABŞ dövlət katibi Blinken açıqlama verərək bildirib ki, yaxın həftələrdə Ştatların gömrük və sərhəd təhlükəsizliyi ilə bağlı qrupu Ermənistana səfər edəcək. Bu isə o deməkdir ki, Vaşinqtonun hərbi kontingentinin İrəvana səfəri planlaşdırılır və əsas məqsəd gömrük və sərhədlərlə bağlıdır. Rusiyanın sərhəd xidmətindən getdikcə daha çox imtina edən Paşinyan buna görə Moskvanın əlavə qəzəbinə tuş gələ bilər. Eyni zamanda ABŞ ilə əzəli düşmən olan İranın sərhədlərində amerikan əsgərlərinin görünməsi Tehranın da ciddi narahatlığı ilə müşayiət olunacaq.

Bu həm də o mənaya gəlir ki, sənədin imzalanması heç də Ermənistanın istəkləri doğrultusunda baş tutmayıb. Burada əsas həlledici məqam ABŞ-nin Qafqaz regionu ilə bağlı çirkin oyunları və istəkləridir. Çünki sənədi də oxuyanda görünür ki, İran və Rusiya əleyhinə olan bir sıra müddəalar var. İmzalanan xartiya mahiyyət etibarı ilə Ermənistanı ABŞ-ın regionda müşahidə proqramlarının həyata keçirilməsi üçün alətə çevirir ki, bu da istənilən vaxt həm Moskvaya, həm də Tehrana qarşı istifadə oluna bilər. Hər zaman sərhədlərində üçüncü dövlətin olmasının, xüsusən də hərbi kontingentin mövcudluğunu qəbul etmədiyini bəyan edən Tehranın Ermənistana qarşı reaksiyası maraqlıdır. Çox güman ki, İslam Respublikası yaxın günlərdə bu məsələ ilə bağlı açıqlama verəcək.

Bəs Paşinyanı hakimiyyət müddətinə 6 gün qalmış Bayden administrasiyası ilə belə bir sənədə imza atmağa nə məcbur edib? İlk olaraq, söyləmək yerinə düşər ki, baş nazirin anti-Rusiya siyasəti getdikcə daha da artır və Moskva ilə münasibətləri tam pozmaq üçün yeni bir vasitə əldə edib. Eyni zamanda son dövrlər Ermənistandakı daxili problemləri və siyasi təlatümləri də nəzərə alsaq, keçmiş redaktorun itirilmiş imicini, ciddi itkiyə məruz qalan reytinqini bərpa etmək üçün də bu addıma baş vurduğunu söyləmək olar. Artıq erməni siyasi kulislərində növbədənkənar seçkilərlə bağlı pıçıltıların da eşidildiyini düşünsək, bu, seçkilərdə xal qazanmaq, xalqın etimadını, səsini almaq üçün ortaya atılan oyun kimi də qiymətləndirilə bilər.

İstənilən halda, əminliklə söyləmək olar ki, 14 yanvar tarixində imzalanan ABŞ-Ermənistan tərəfdaşlıq xartiyası həm Ştatların məkrli oyununun bir parçası, həm də Paşinyan hökumətinin yeni oyunudur.  Bu oyun nəticəsində İrəvan KTMT və Aİİ üzvlüyünü itirə bilər. Əslində Aİİ-dən uzaqlaşmaq onsuz da zəif olan erməni iqtisadiyyatının kollapsı ilə nəticələnəcək. Amma Paşinyanın bu məsələ ilə bağlı başqa planları da var. Ermənistan bir müddətdir ki, ABŞ-nin də marağında olduğu Orta Dəhliz proqramını dəstəkləyir və qəbul edir. Bu layihədə Orta Asiyadan malların İran və Rusiyadan keçməklə daşınması nəzərdə tutulur. Əgər layihə Ermənistandan keçsə, bu zaman Aİİ üzvü olan erməni dövləti ciddi gəlir əldə edə bilməyəcək. Çünki  Aİİ ölkələrinin sərhədləri bütün iştirakçı ölkələr üçün ümumi sərhədlərdir və bu sərhədin harada olmasından asılı olmayaraq, hər bir ölkə öz payını alır. Bu zaman isə Rusiya gömrük rüsumlarından 85.065 faiz, Ermənistan isə cəmi 1.22 faiz gəlir əldə edir. Bu səbəbdən də əgər Ermənistan Aİİ-ni tərk etsə, Orta Dəhlizdən ciddi pul qazanacağını düşünür. Amma unudur ki, iqtisadiyyatının şah damarları Moskvanın əlində cəmləşib və ittifaqı tərk etmək enerji daşıyıcılarının, strateji məhsullarının qiymətində ciddi artıma, nəticə olaraq da, iqtisadiyyatın çöküşünə səbəb ola bilər. Belə halda isə nə ABŞ nə də Avropa Paşinyana ciddi yardım əlini uzatmayacaq.

Göründüyü kimi, xarici siyasətdən xəbəri olmayan Nikol Paşinyan Qərbin diqtəsi və tələbi ilə atdığı səhv addımlar nəticəsində Ermənistanı uçuruma sürükləyir. Qərbin və ABŞ-nin isə oyuna saldığı dövlətlərin, hökumət başçılarının aqibəti barədə isə kifayət qədər nümunələr var.

Hikmət Həsənov

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
05 noyabr 2026, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
05 noyabr 2026, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
05 noyabr 2026, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər