Bakıda və bütün ölkə ərazisində mərasim obyektlərində gücləndirilmiş monitorinqlər keçirilir. Bu haqda Report 22 oktyabr gecə saatlarında xəbər verib.
Covid-19 və ya digər müvafiq sənədəri olmayan vətəndaşlar şənliklərə buraxılmır. Sənədlər cəlb olunan polis dəstələri tərəfindən yoxlanılır. Peyvənd və ya immunitet sertifikatı olmayan, tədbirlərdə iştirak edən qonaqlar aşkar edilərsə, restoranların rəhbərliyi məsuliyyətə cəlb olunur.
Bundan əvvəl, oktyabrın 20-də Afrodita şadlıq sarayının rəhbərliyi pandemiya dövrünün tələblərinə əməl etmədiyi üçün cinayət məsuliyyətinə cəlb edilmişdir.